Icma.az
close
up
RU
Azay Quliyev yenidən ATƏT PA nın Komitə sədri seçilib

Azay Quliyev yenidən ATƏT PA nın Komitə sədri seçilib

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azay Quliyev yenidən ATƏT PA-nın Komitə sədri seçilib

Modern.az xəbər verir ki, Azərbaycanın nümayəndə heyətinin üzvü Azay Quliyev Niderlandın Haaqa şəhərində keçirilən ATƏT Parlament Assambleyasının 33-cü İllik Sessiyası çərçivəsində yekdilliklə ATƏT PA-nın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitəsinin sədri və Büro üzvü vəzifəsinə yenidən seçilib.

Azay Quliyev göstərilən yüksək etimada görə ATƏT-ə üzv ölkələrə təşəkkürünü bildirib. O qeyd edib ki, 2013-cü ildən bu günədək üç dəfə ATƏT PA-nın Birinci Komitəsinin sədr müavini, iki dəfə Assambleyanın vitse-prezidenti və beş dəfə İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitəsinin sədri seçilib.

"Son 13 il ərzində ona göstərilən davamlı etimadı yalnız şəxsi nailiyyət kimi deyil, Assambleyanın fəaliyyətinin gücləndirilməsi, ATƏT məkanında dialoqun, əməkdaşlığın və qarşılıqlı hörmət dəyərlərinin təşviqi istiqamətində böyük məsuliyyət kimi qiymətləndirir" - o bildirib.

Onun sözlərinə görə, geosiyasi və geoiqtisadi qeyri-müəyyənliyin, sürətli texnoloji dəyişikliklərin, iqlim dəyişikliyinin, ekoloji problemlərin və təhlükəsizlik çağırışlarının artdığı indiki dövrdə parlament diplomatiyasının rolu daha da ön plana çıxır. Onun sözlərinə görə, fikir ayrılıqlarına baxmayaraq, parlamentlərin dialoqu təşviq etməsi, qarşılıqlı etimadı möhkəmləndirməsi və ortaq həll yolları axtarması xüsusi əhəmiyyət kəsb edir.

Çıxışının sonunda Azay Quliyev bütün nümayəndə heyətlərinə qarşı bundan sonra da ədalətli, qərəzsiz və məsuliyyətli fəaliyyət göstərəcəyini bildirib. O, rəhbərlik etdiyi komitənin ATƏT Parlament Assambleyasında konstruktiv əməkdaşlıq, səmərəli dialoq və praktik nəticələrin əldə olunması üçün mühüm platforma kimi fəaliyyətini daha da gücləndirəcəyinə əminliyini ifadə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 İyul 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri