Icma.az
close
up
RU
Azay Quliyevdən çağırış: “ATƏT PA nın Büro iclasında qəbul olunan razılaşmanı daşnakların pozmasına imkan verməyək!”

Azay Quliyevdən çağırış: “ATƏT PA nın Büro iclasında qəbul olunan razılaşmanı daşnakların pozmasına imkan verməyək!”

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

29 iyunda Portoda işinə başlayan ATƏT Parlament Assambleyasının 32-ci illik sessiyası çərçivəsində Asambleyanın 3-cü Komitəsinin hesabat və qətnamə layihəsi üzrə müzakirələr çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev çıxış edib. O, məruzəçi xanım Karinanın müvafiq sənədlərin hazırlanmasında göstərdiyi səylərə və obyektiv yanaşmasına görə təşəkkürünü bildirib.

Azay Quliyev xüsusilə Ermənistan və Azərbaycan arasında dövlətlərarası normallaşma prosesi ilə bağlı ədalətli və balanslaşdırılmış mövqeyin qorunmasını vacib hesab edib.  O xatırladıb ki, bu məsələ ilə bağlı ATƏT PA Bürosunun bu ilin aprel ayında Kopenhagendə keçirilən iclasında geniş və gərgin müzakirələr aparılıb.

“Xanım Karinanın həmin müzakirələr zamanı tərəfimdən səsləndirilən bir çox fikirlərin, xüsusilə də 52-ci paraqrafın formalaşmasında nəzərə almasını alqışlayıram. Həmin bənd hazırkı reallıqları daha balanslı və doğru əks etdirir. Paraqrafın mətninin məhz bu şəkildə seçilməsi bölgədə gərginliyi artırmamaq və davam edən sülh prosesini dəstəkləmək məqsədi daşıyır”, – deyə o bildirib.

Lakin Azay Quliyev Ermənistan nümayəndə heyəti tərəfindən irəli sürülmüş dəyişiklik təkliflərinin, xüsusilə də 14 saylı düzəlişin sözügedən bəndin ruhuna və məzmununa zidd olduğunu vurğulayıb: “Bu düzəliş, təəssüf ki, Bürodakı razılaşdırılmış mətnin mahiyyətini ciddi şəkildə pozur və artıq keçmişdə qalmış, günümüzün sülh gündəliyində yeri olmayan ‘Dağlıq Qarabağ’ kimi anlayışları yenidən gündəmə gətirir.”

Deputat əlavə edib ki, bu cür yanaşma barışığı təşviq etmək əvəzinə, qəsdən təxribat yaratmağa, əldə olunmuş irəliləyişi geriyə aparmağa və tərəflər arasında qurulmuş kövrək etimadı sarsıtmağa xidmət edir.

“Bunu da unutmayaq ki, bu təklifin müəllifi Lilit Qalstyanın mənsub olduğu siyasi qüvvə, daşnaklar tarixən Ermənistanla Azərbaycan arasında sülh və barışığa qarşı çıxaraq etnik qarşıdurmaları qızışdırmaqla məşğul olub. ATƏT PA kimi nüfuzlu qurum bu cür destruktiv çağırışlara meydan verməməlidir,” – deyə Azay Quliyev bəyan edib.

Sonda o, həmkarlarını 14 saylı düzəlişin rədd edilməsinə çağıraraq bildirib:
“Əgər bu düzəliş qəbul edilməzsə, bizim tərəfdən əlavə təkliflərə ehtiyac qalmayacaq və ilkin balanslı mətn olduğu kimi saxlanılacaq. Bu, sülh prosesinə verilən ən doğru töhfə olacaq.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 İyun 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see208

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see185

Rusiya sovet repressiyaları ilə bağlı arxivləri bağlayır...

29 Sentyabr 2025 00:45see174

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see173

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see164

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see141

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see138

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see135

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

29 Sentyabr 2025 20:01see132

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see129

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see129

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see126

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see124

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see124

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see123

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see123

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see123

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see123

Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin amanlıq gətirib

29 Sentyabr 2025 03:52see118

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

29 Sentyabr 2025 15:02see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri