Icma.az
close
up
RU
ATƏT PA Prezidenti Pere Joan Pons və Komitə Sədri Azay Quliyevdən Rusiyaya etiraz FOTO

ATƏT PA Prezidenti Pere Joan Pons və Komitə Sədri Azay Quliyevdən Rusiyaya etiraz FOTO

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ATƏT PA-nın Prezidenti Pere Joan Pons və ATƏT PA-nın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Baş Komitəsinin Sədri Azay Quliyev Rusiya Federasiyasının Ukraynanın həyati əhəmiyyətli enerji infrastrukturuna, o cümlədən Odessa şəhərində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) obyektlərinə davamlı hücumlarını qəti şəkildə pisləyirlər.

Gununsesi.info-ya daxil olan bəyanatda xatırladılır ki, ATƏT PA-nın 2025-ci ildə Portoda keçirilmiş İllik Sessiyasında qəbul edilən Qətnamədə Ukraynanın enerji və mülki infrastrukturunun genişmiqyaslı dağıdılması pislənilmiş və enerjiyə maneəsiz çıxışın sabitlik və rifah üçün əsas şərt olduğu bir daha təsdiqlənmişdir.

Bu qətnaməyə istinad edən Komitə Sədri Azay Quliyev vurğulayıb ki, mülki infrastrukturun məqsədli şəkildə bombalanması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və bu məsuliyyətsiz hücumlar insanların dözülməz əzab-əziyyətinə səbəb olur. “Enerji obyektlərinə, o cümlədən SOCAR-ın müəssisələrinə hücum təkcə mülki həyat üçün deyil, həm də bütün regionun iqtisadi və enerji sabitliyi üçün birbaşa təhtiddir”, – deyə Sədr Quliyev bildirib.

“Rusiya Federasiyasını təcavüzkar hərbi əməliyyatlarını dərhal dayandırmağa, mülki şəxslərə və həyati əhəmiyyətli infrastruktur obyektlərinə qarşı bütün qanunsuz hücumlara son qoymağa çağırıram”, – deyə Prezident Pons əlavə edib. O, sözlərini belə yekunlaşdırıb: “Davamlı atəşkəsin təmin edilməsi və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün təcili addımlar atılmalıdır.”

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Avqust 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri