Icma.az
close
up
RU
Azdramada hər kəsin öz arqumenti var Sənətşünasdan qalmaqala REAKSİYA

Azdramada hər kəsin öz arqumenti var Sənətşünasdan qalmaqala REAKSİYA

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan teatrının vəziyyətini qiymətləndirmək məsələsindən danışsaq, birmənalı fikir söyləmək çətindir. Bu xüsusda qısa nəsə demək də imkan daxilində deyil. Teatrımızın həm uğurları, həm də uğursuzluğu var. Bütövlükdə prosesdə çatışan və çatışmayan məsələlər var. Bunlar ətraflı müzakirə tələb edir”.

Bu fikirləri Modern.az-a açıqlamasında sənətşünas, jurnalist Seymur Elsevər son günlər teatra aid müzakirələrə münasibət bildiriərkən deyib.


O, Azərbaycan Dövlət Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə ilə bir neçə aktrisa (Mehriban Xanlarova, Məsmə Aslan və s.) arasında yaşanan narazılığa toxunub:


“Bir nəfər də kənardan oradakı narazı qüvvələri dəstəkləyir. O da narazılar sırasındadır, amma prosesdən xaricdə. Teatr canlı, sinkretik sənət sənət növüdür. Yəni bu, kollektiv əməyin məhsuludur. Sənət adamları emosionaldır, səhnə və ekran adamları həmişə özünü göstərməyə meyilli olub. Bu, onların təbiətindədir. Artist eqoizmi deyilən bir anlayış var. Aktyorların istedadından, potensialından, zəhmətkeşliyindən asılı olmayaraq hamısının içində sözün yaxşı və pis mənasında bir iddia var. Bəziləri düşünür ki, onun imkanları daha genişdir, amma ona bu şəraiti yaratmırlar, həmin aktyorun potensialını realizə etmək üçün münasib tamaşalar qoyulmur, yaxud rol verilmir. Bəzən doğrudan da haqsızlıq ucbatından bu şeylər baş verir, bunu da danmaq olmaz. Tarixdə teatrımızın təşkilatlanması sovet dövründən başlayıb. Ona qədər pərakəndəlik olub. Teatrımızın mükəmməlləşmə mərhələsi məhz sovet dövrünə təsadüf edir. O dövrdən indiyə qədər kollektivin böyük hissəsi bədii rəhbərdən razı qalsa da, narazılar da olub. Bizim xalqımızın özünəməxsus xüsusiyyətlərini nəzərə alanda deyə bilərik ki, heç vaxt razı qalmayacağıq. Bir adam 200 adamı razı salsa da, 1-2 nəfər tapılacaq ki, gileylənsin. Mənim deməyim əsas vermir ki, narazıların fikri dinlənilməməlidir. Amma baxır bu narazılığın səbəbi nədir, nə dərəcədə əsaslıdır. Hər kəsin özünə görə arqumenti var”.
 


Sənətşünasın sözlərinə gör, bədii rəhbər teatrda həlledici funksiya daşıyır:
 

“O adamlara bir imkan verilməlidir ki, çalışsınlar, teatrı müəyyən yerə çıxarsınlar. Burada ciddi suallar onunla bağlı ola bilər ki, teatrın hazırkı siması necədir, teatr günün tələblərinə necə cavab verir... Qədim bir sənət ocağı sayılan teatr o tarixi sambalı doğruldurmu?! Dünya ilə ayaqlaşa bilirmi? Belə suallar qoyulsa, daha yaxşı olar. Həm də peşəkarlarla yanaşı, cəmiyyəti də daha doğru məcraya yönəldər. Amma təəssüf ki, Azərbaycan mətbuatında əli qələm tutan bəzi adamlar ucuz maraqlara xidmət edirlər. Şou yaratmağı hədəf seçirlər. Baş verənlər daha çox onun ifadəsi kimi görünür. Yenə deyirəm, proses mədəniyyət nazirinin daimi nəzarətindədir. Bu şeyləri bir az gözləmək lazımdır. Düşünürəm ki, müzakirə olunan məsələ fəsad vermədən sovuşub gedəcək. Mehriban xanım təcrübəli, savadlı sənətkardır. Buna görə də nazirlik onu bədii rəhbər vəzifəsindən kənarlaşdırmayıb. Çünki özlərinin təyin etdiyi insanın əməyini qiymətləndirirlər. Onu o vəzifəyə təyin edəndə gözləntilər də, qarşısına qoyulan vəzifələr də çox idi ki, teatr üçün vacib işlər görsün. Amma bundan ötrü adama vaxt verilməlidir. Yəqin ki, köklü dəyişiklik üçün öz ciddi konsepsiyası var. Bu istiqamətdə də çalışır. Səbrlə gözləməliyik ki, nəticə hara gəlib çıxacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Aprel 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri