Icma.az
close
up
RU

AZE “Rovatineks” dərman vasitəsinin bir seriyası geri çağırılıb

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qırxbulaq” MMC şirkətinin 20.12.2024-cü il tarixli, 3-28-1/1-29929/2024 nömrəli müraciət məktubuna əsasən, vəsiqə sahibi “Rowa Pharmaceuticals Ltd / İrlandiya” şirkəti olan “Rovatineks” ticarət adlı kapsullar №50 (5×10) alüminium folqa blisterdə, karton qutu qablaşmada, 8481C seriyalı, son istifadə tarixi 12/2025 olan dərman vasitəsində istehsalçı tərəfindən aparılan stabillik tədqiqatlarından sonra spesifikasiyadan kənar nəticələr əldə olunub: dərman vasitəsinin 36 aylıq stabillik tədqiqatları zamanı tərkibində köməkçi maddə qismində mövcud olan zeytun yağının qeyri-spesifik qoxuya malik olduğu və analiz nəticəsində peroksid ədədinin yüksəldiyi aşkar edilib. Bu keyfiyyət qüsurunun olması səbəbindən istehsalçı DV-nin Azərbaycan Respublikasında könüllü geri çağırmaq niyyətində olduğunu qeyd edib. Qeyd edilən dərman vasitəsinin geri çağırılma dərəcəsinin 3 (dərman vasitəsinin şəxsin həyat və sağlamlığına birbaşa təhlükə yaratmadığı hallar), dərman vasitəsinin geri çağırılma səviyyəsinin isə “B” (son istifadəçini dərman vasitəsilə təmin edən müəssisələrə qədər (pərakəndə satış müəssisəsi, tibb müəssisəsi)) səviyyəsində müəyyən olunduğu bildirilib.

Yuxarıda qeyd edilənlərə əsasən İrlandiyanın “Rowa Pharmaceuticals LTD” istehsalçısına məxsus, “Rovatineks kapsullar №50” adlı, seriyası: 8481C seriyalı, son istifadə tarixi 12/2025 olan dərman vasitəsinin geri çağırılması barədə qərar qəbul edilib. Bu o deməkdir ki, yalnız 8481C seriyalı, son istifadə tarixi 12/2025 olan dərman vasitəsi geri çağırılır.

Nəzərinizə çatdırırıq ki, stabillik tədqiqatlarının aparılması dərman vasitəsinin yararlıq müddətinin tədqiq edilməsi üçün olub, adi şəraitdən fərqli temperatur və rütubət göstəriciləri olan xüsusi stabillik kameralarında aparılır. Məktubda bildirildiyinə görə, buna rəğmən sözügedən dərman vasitəsi ilə bağlı istehsalçıya hər hansı şikayət daxil olmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://apa.az
archiveBu xəbər 26 Dekabr 2024 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri