Icma.az
close
up
RU
Azər Badamov: Beşinci kolon indi tam anlamı ilə ifşa olundu

Azər Badamov: Beşinci kolon indi tam anlamı ilə ifşa olundu

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Beşinci kolon" indi tam anlamı ilə ifşa olunub. Niyə indi sualının cavabı isə şübhəsiz ki, xaricdəki himayədarlarının öz planlarının da boşa çıxmasıdır. Vaxtilə "yağlı" dönəmdə alınan direktivlər bu gün Ramiz Mehdiyevi, Əli Kərimlini, Cəmil Həsənlini quru yurdda qoydu".

BAKU.WS xəbər verir ki, bu fikri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov səsləndirib.

O vurğulayıb ki, vətənimizi quru yurdda qoymağa çalışan, quyruğu şimalın əlində olanlar yurdumuzu talamağa çalışsalar da, bu riyakarların, saxtakarların qarşısına elə xalq özü sipər çəkdi:

"Dövlət Təhlükəsizliyi Xidməti bir-bir, ilmə-ilmə hamısının haqqından gəlir. Haqqın-ədalətin ünvanı isə heç yer, heç kəs deyil, məhz Azərbaycan qanunları və Azərbaycan xalqıdır. Məhz qanunlarımız və xalqımız bu xəyanətkar qruplaşmaların layiqli cavabını verəcək. Adı "qruplaşma", "sövdələşmə" olan, bütünlükdən isə nəinki siyasi baxımdan, heç xarakter olaraq da pay ala bilməyən bu ünsürlər Azərbaycanın bütöv olmasını, bir olmasını heç cür həzm edə bilmədilər. Necə oldu ki, Qarabağ Zəfərinə hər kəs bir ağızla sevinərkən, onlar ağız büzdülər? Düşünürəm ki, ağlagələn istənilən sual ritorikdir. "Milli maraq", "xalq", "xalqın gələcəyi", "parlaqlıq", "şəffaflıq" deyərək bağıranların bulanıq suda balıq tutmağa çalışdığı lap da aydın göründü. Dövlətin və xalqın əleyhinə olan bu qüvvələr, antimilli ünsürlər artıq elə ifşa oldular ki, nəinki qaçacaq, heç sığınacaq yerləri yoxdur".

Deputat qeyd edib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etdirilən siyasi dialoq mühiti sağlam təfəkkürə, sağlam rəqabətə açıqdır:

"Xalqı düşünürmüş kimi obraz yaradanlar isə məhz elə xalqa zərbə vuranlardır. Bu gün Azərbaycanın siyasi meydanı da onun qalib statusuna uyğun olmalıdır. Azərbaycan xalqı ölkəni yox olmaqdan xilas edən qüvvə - ümummilli lider Heydər Əliyevin siyasi yolunda əzmlə irəliləyir. Məhz cənab Prezident İlham Əliyev dünyanın təlatümlərlə dolu mənzərəsində xalqın ümid və inam yeridir. Birinci vitse-prezident Mehriban Əliyeva bu məşəqqətli yolda dövlət başçımızın ən sadiq silahdaşı kimi Azərbaycanın qalib imicinə yaraşan şəkildə bizi dünyaya ləyaqətli xalq olaraq tanıtdırmaq siyasətinə qətiyyətlə dəstək verir. Xalq bu işdə birlik, həmrəylik nümayiş etdirir. Xüsusilə də, Dövlət Təhlükəsizliyi Xidmətinin, hüquq-mühafizə orqanlarının bu işdə qətiyyətli addımlarının şahidiyik ki, istənilən çirkli oyunun qarşısının alınması milli maraq məsələsi olduğundan dövlət-xalq birliyi bu məsələdə də möhkəmdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 Noyabr 2025 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see237

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see236

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see151

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see147

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see135

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri