Icma.az
close
up
RU
“Vətəndaşın mülkiyyət hüququ tam və təminatlı şəkildə qorunmalıdır” Azər Badamov

“Vətəndaşın mülkiyyət hüququ tam və təminatlı şəkildə qorunmalıdır” Azər Badamov

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

“Mülkiyyət hüquqlarının qorunması və bu hüquqların tətbiqi vətəndaşların gündəlik həyatına birbaşa təsir göstərən vacib məsələlərdən biridir. Hökumətin təmsil etdiyi dairələrdə və qanunvericilik səviyyəsində bu məsələnin düzgün tənzimlənməsi böyük əhəmiyyət daşıyır”. SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentin plenar iclasında çıxışı zamanı deyib.Deputat bildirib ki, mülkiyyət sahibi öz əmlakından istədiyi kimi istifadə etmək hüququna malikdir və bu hüquq qanunlarla tam şəkildə müdafiə olunmalıdır: “Torpaq və ya digər əmlak sahibi öz mülkiyyətindən yalnız qanun çərçivəsində və öz istəyinə uyğun şəkildə faydalana bilər. Mülkiyyətin həcmi və təyinatından asılı olmayaraq, vətəndaş vergisini ödəyir və hüquqi baxımdan həmin əmlaka tam sahiblik edir”.Azər Badamov vurğulayıb ki, bəzən praktiki tətbiq zamanı müvafiq hüquq mexanizmlərinin işlək olmaması və ya təlimatların yanlış tətbiqi müəyyən problemlərə gətirib çıxarır: “Mülkiyyət hüququ yalnız kağız üzərində deyil, real həyatda da qorunmalıdır. Əgər vətəndaşın əmlakından istifadəsi texniki və hüquqi səbəblərlə məhdudlaşdırılırsa, bu, artıq hüquqi konfliktlərin yaranmasına səbəb olur”.Deputat qeyd edib ki, mülkiyyətin idarə edilməsi və istifadəsi zamanı qanun pozuntularına yol verildikdə məsuliyyət yaranır, lakin düzgün hüquqi mexanizmlər bu cür halların qarşısını almağa imkan verir: “Mülkiyyətin istifadəsi qanunauyğun olmalıdır, lakin dövlət də vətəndaşın əmlakla bağlı hüquqlarının təmin olunmasına eyni dərəcədə məsuliyyət daşıyır”.Çıxışının sonunda deputat qanunvericiliyin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayıb: “Mən hüquqşünas deyiləm, amma hesab edirəm ki, mülkiyyət hüququ ilə bağlı qanunvericiliyin tətbiqində şəffaflıq və dəqiqlik artırılmalıdır. Bu, həm vətəndaşların mülkiyyət hüquqlarının təminatına, həm də hüquqi münasibətlərin sabitliyinə xidmət edəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see473

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see252

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see221

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see184

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see158

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see155

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see151

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see137

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri