Azər Badamov: “Bu, Azərbaycanın regionda ən etibarlı və təhlükəsiz tərəfdaş olduğunu təsdiq edir”
Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Azərbaycan müharibələrin baş verməsini heç vaxt arzulamır, o cümlədən İsrail-İran müharibəsinin də tez bir zamanda başa çatmasını, tərəflərin masa arxasında oturaraq diplomatik yollarla fikir ayrılığı yaradan məsələlərin razılaşdırlmasını və beynəlxalq hüquq çərçivəsində həll olunmasını dəstəkləyir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
“Azərbaycan regionda sabitləşdirci rol oynayır. O cümlədən dövlət başçımız cənab İlham Əliyevin uzaqgörənliyi sayəsində yaradılmış infrstruktur və müasir beynəlxalq hava limanımız təxirə salınan beynəlxalq hava uçuşlarını qarşılamağa və sərnişinlərin təhlükəsizliyini təmin etməyinə qadirdir. Bu həm də Azərbaycanın regionda ən etibarlı və təhlükəsiz tərəfdaş olduğunu təsdiq edir”, — deputat bildirib.
Aytəkin Qardaşova


