Azər Bağırov “Qəbələ” “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! Qəbələdə nə gəzirmiş?
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Misli premyer-liqasında dünən keçirilən 33-cü turun açılış matçı “Qəbələ”nin “doğma divarlar” arasında “Şamaxı”nı məğlub etməsiylə (3:1) nəticələndi.
Burda diqqəti çəkən məqamlardan biri də oyunu tribunadan izləyənlər sırasında “Kəpəz”in baş məşqçisi Azər Bağırovun da olmasıydı.
Mütəxəssisin adı Ayxan Abbasovla yollarını ayıracağı dəqiqləşən “şirlər”lə yanaşı hallandığından çoxuna onun gələcək komandasını izləmək üçün Qəbələyə yollandığını düşündü. Həmçinin hadisənin “sarı-göylər”in “Neftçi” ilə qarşılaşması ərəfəsində baş verməsi birmənalı qarşılanmadı.
Bəs, reallıq nədən ibarətdi? Bu sualla Azər bəyə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Komanda səhər saatlarında məşqini keçib. Bu barədə görüntülər klubun sosial şəbəkə hesablarında paylaşılıb. Dünən Gəncədən ayrıldım. Boş vaxtımı səmərəli keçirmək məqsədilə yolüstü Qəbələ şəhər stadionuna yollandım. Qəbələdə evim də var. Futbol adamı kimi premyer-liqa matçı izləmək istədim. Burda böyüdüləsi nəsə yoxdu”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 22 May 2026 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















