Icma.az
close
up
RU
Azər Baxşəliyevin xanımı necə tanış olmalarından danışdı

Azər Baxşəliyevin xanımı necə tanış olmalarından danışdı

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mərhum aktyor Azər Baxşəliyevin xanımı Nigar "AStar" layihəsində qonaq olub.

BAKU.WS axşam.az-a istinadən bildirir ki, o, Azərlə sosial mediada tanış olduqlarını bildirib:

"Azərlə sosial mediada tanış olduq. Tviterdə müəyyən statuslar paylaşırdıq. Daha sonra digər sosial şəbəkələrdən mənə dostluq atdı. Amma elə də əlaqəmiz yox idi. Bir sərgi var idi. Soruşdu ki, "siz də buraya gedəcəksiniz".

Onda dəvətlər olanda sosial şəbəkədə kimlər gedir göstərirdi. Cavab verdim ki, "olacağam". Həmin gün onun rayonda çəkilişləri var idi. İcazə almışdı ki, axşam sərgiyə gəlsin. İlk real tanışlığımız belə oldu. Başladı mənə davamlı yazmağa. Aramızda elə bir şey olmadı ki, bəyənirsən, evlənək? Həyat bizi birləşdirdi. Çox oxşayırdıq.

Qızımızın adını qoyanda 2 ad arasında qalmışdıq. Züleyxa adı hər ikimizin nəslində yox idi. Elə ad istəyirdik ki, həm xarixi ölklərdə və vətənimizdə tanınan olsun. İlk siyahıya baxanda o da mənimlə razılaşdı. 

Nigar vurğulayıb ki, onlar tanış olanda Azər xəstəliyi haqqında ona danışıb:

"Tanış olanda demişdi ki, 10 il əvvəl müalicə üçün İranda olunub. Uzun müddət müalicə ilə yaşadı, promlemi yox idi. Ailə qurandan 1 il sonra xəstəlik ciddiləşdi. Anası onun üçün ən yaxşısını edir, hər şeyinə diqqət edirdi. Amma siqaret çəkirdi.

Ziyanı çox idi, az idi, bilmirəm. Amma hər dəfə söz verirdi ki, gələn aydan çəkməyəcək. Ola bilər laqeyid yanaşırdı, amma yaxşı bilirdi ki, özünə yaxşı baxmalıdır.

Ona deyirdim ki, "bilirsən ki, nə çətinliklərdən keçmisən, bizim bir qızımız var". Son illərdə böyük bir stresi də olmayıb. Hətta qızı olmağını istəyirdi. Deyərdim ki, ən gözəl iləri idi". 

Xanımı əlavə edib ki, Azər Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən aldığı cavabdan sonra çöküb:

"Donor tapmışdıq. Komissiya buraxmadı. Azərlə çox kobud danışmışdılar. Komissiyadan çıxandan sonra psixoloji olaraq çox çökdü.

Onu heç vaxt elə görməmişdim. Əsəbini içində çəkirdi. Komissiyadan sonra onun çökdüyü daha çox hiss olundu. O da böyrəyinə təsir etdi, insult keçirdi. Onun dünyasını dəyişəcəyini düşünmürdük. Ən pis halda aylarla, günlərlə yataqda yatacağını düşünürdük.

Vəfat etməzdən bir neçə gün əvvəl virusa yoluxmuşduq deyə, Yeni İli onunla keçirmədik. Kaş keçirərdik. 13 yanvar, köhnə yeni ili birgə keçirməyi planlaşdırırdıq.

Son danışığımızda Züleyxanın vidolarını ona atırdım. Hadisə baş verəndə bacısı, ana-atası, xalası yanında olublar. Gülüblər-danışblar və birdə gülən zaman bacısına deyib ki, səni iki nəfər görürəm. Təcili yardım gəlib xətəxanaya aparıb. Mənə gecə ilə yox, səhər deyiblər".

Qeyd edək ki, A.Baxşəliyev böyrək çatışmazlığından əziyyət çəkirdi. Yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olan aktyorun ürəyi dayanıb, yanvarın 5-də vəfat edib. A.Baxşəliyev tamaşaçılara "Ağsaqqal" obrazı ilə tanışdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:238
embedMənbə:https://baku.ws
archiveBu xəbər 06 Avqust 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see655

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see555

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see314

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see310

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see279

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see268

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see268

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see267

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see243

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see238

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see237

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see235

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see234

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see230

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see230

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see228

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see224

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri