Tarixin sirli səhifələri FOTOLAR
Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.
Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta ümumtəhsil məktəbində Tarix fənn aylığı çərçivəsində tarix müəllimi Əsmər Əliyevanın təşkilatçılığı ilə 6 “a” sinif şagirdləri arasında “Tarixin sirli səhifələri” adlı bilik yarışı təşkil edilib.
Astara Rayon Təhsil Sektorunun müdiri Xədicə Əliyevanın, məktəbin direktoru Rəna Məmmədovanın, ümumi məktəb üzrə valideyn komitəsinin sədri, şəhid Nurlan Rəhimovun həyat yoldaşı Səbinə Rəhimovanın, digər valideyn komitələrinin nümayəndələrinin və münsiflər heyətinin iştirak etdikləri maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın əsas məqsədi şagirdlərin tarix fənninə marağını artırmaq, bilik və bacarıqlarını üzə çıxarmaq, onların dünyagörüşünü genişləndirmək olub.
Qruplar arasında təşkil olunan yarışda şagirdlər tarixi biliklərini göstərməklə müxtəlif sual və tapşırıqları cavablandırıblar. Həmçinin milli geyimlərdə təqdim olunan çıxışlar tədbirə xüsusi rəng qatıb. Yarışın sonunda isə öz zəngin biliyi sayəsində qalib gələn şagirdlərə sertifikatlar təqdim olunub.
Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatıb.
Onu da bildirək ki, belə maarifləndirici və intellektual tədbirlər şagirdlərdə tariximizə, xalqımızın milli-mənəvi dəyərləri sevgi və marağın formalaşmasına mühüm töhfə verir.
Tural Əliyev,
Lerik rayonu Dəstər kənd məktəbinin müəllimi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 27 Noyabr 2026 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















