Azər Bayramov: Azərbaycan türk ölkələrinin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə yatırıb
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə yatırıb".
Oxu.Az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktiki konfransda deyib.
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı (TDT) üzvləri arasında investisiya imkanlarının genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi üçün ölkə bazarından çıxışın təmin edilməsi, regiondaxili ticarətin inkişaf etdirilməsi və iqtisadi fəaliyyətin dəstəklənməsi məqsədilə Türk İnvestisiya Fondunun yaradılması nəzərdə tutulur:
"Eyni zamanda, TDT üzvləri ilə son illərdə ikitərəfli əsaslarda qarşılıqlı maraq doğuran istiqamətlərin, ixracyönümlü məhsulların istehsal edilməsi ilə bağlı birgə layihələrin maliyyələşdirilməsi, eləcə də iqtisadi əməkdaşlığın dəstəklənməsi, tərəflərin iqtisadi maraqlarının modelləşdirilməsi, inkişaf etdirilməsi məqsədilə Azərbaycan-Özbəkistan İnvestisiya Fondu, Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılıb".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 22 Oktyabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















