Azər Fərəcov: Bağırov körpüsü ərazisində əsaslı təmir işləri yekunlaşıb
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Bakı–Keşlə sahəsində "Bağırov körpüsü" kimi tanınan ərazidə əsaslı təmir işləri yekunlaşıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
Onun sözlərinə görə, sərnişin daşımalarında etibarlı daşıyıcı olan ADY tərəfindən Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə Bakı–Keşlə sahəsində "Bağırov körpüsü" kimi tanınan ərazidə əsaslı təmir işləri aparılıb: "Təmir işləri çərçivəsində hidroizolyasiya işləri görülüb, drenaj boruları quraşdırılıb, mühafizə qatı yenilənib, həmçinin avtomobil yolunda asfalt qatı yenilənib, yeni bordürlər qoyulub ki, bu da infrastrukturun dayanıqlılığını daha da möhkəmləndirilib. Xidmət sahələrində davamlı olaraq aparılan yenidənqurma və təmir işləri sərnişinlərin mənzil başına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 12 Sentyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















