Icma.az
close
up
RU
Azər Həsrət: “Azərbaycan Türkiyə münasibətlərini hədəf alan gizli şəbəkə var”

Azər Həsrət: “Azərbaycan Türkiyə münasibətlərini hədəf alan gizli şəbəkə var”

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

“Əgər ortaq mübarizə apararsaq, türk xalqlarının arasına nifaq salmaq istəyənlər öz istəklərinə nail ola bilməyəcəklər”

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə Ankarada "Türk dövlətlərinin dezinformasiya ilə mübarizə üzrə Forumu" keçirilib. Forumun əsas məqsədi Türk dövlətləri arasında dezinformasiya ilə mübarizə sahəsində koordinasiyanın gücləndirilməsi, mövcud təcrübələrin paylaşılması, informasiya təhlükəsizliyinin təmin olunması və ortaq kommunikasiya yanaşmalarının formalaşdırılması olub. Açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov dezinformasiyaya qarşı dayanıqlı mübarizə modellərinin strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Ə.İsmayılov bildirib ki, dezinformasiyanın artan miqyası ölkələrin media ekosistemi və ictimai etimadı üçün ciddi təhdidlər yaradır. Bu təhlükələrə qarşı mübarizə yalnız peşəkar jurnalistika, media savadlılığının gücləndirilməsi və dövlətlərarası həmrəylik yolu ilə mümkündür. Həmçinin, qeyd olunub ki, Azərbaycan bu istiqamətdə həm milli səviyyədə ardıcıl tədbirlər həyata keçirir. Eyni zamanda Şuşa Qlobal Media Forumları və türk dövlətləri ilə birgə platformalar çərçivəsində təcrübə mübadiləsinə və əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Məlumat üçün deyək ki, 18-19 dekabr tarixlərində keçirilən Forumda önəmli mövzulara dair panel iclasları da təşkil olunub. 

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında bildirib ki, Türk dünyasının bir çox sahələrlə yanaşı, dezinformasiya ilə mübarizə məsələsində də güclü və dərin əməkdaşlığına ehtiyac var. Ekspert vurğulayıb ki, bizə qarşı olanlar, türkün birliyini pozmaq istəyənlər türk xalqlarını bir-birinə qarşı qoymağa, aralarına nifaq toxumu səpməyə çalışırlar: "Forum Türkiyədə keçirildiyinə görə qardaş ölkədən misal gətirək. Beynəlxalq və regional səviyyəli müxtəlif hadisələr baş verdikdə Türkiyədə bir qrup şəxs, böyük bir şəbəkə Azərbaycanla Türkiyənin və ya Türkiyə ilə digər türk dövlətlərinin arasını vurmağa çalışır. Bəzən din və məzhəb üzərindən öz çirkin niyyətlərini həyata keçirirlər. Məqsəd Azərbaycan Türkiyə xalqını qarşı-qarşıya gətirmək, iki qardaş dövlətin arasını vurmaqdır. Bunu da dezinformasiya yaymaqla reallaşdırırlar. Qardaş Türkiyənin bu kimi halların qarşısını almaqda bir qədər gecikdiyini şəxsən özüm bir neçə dəfə dilə gətirmək məcburiyyətində qalmışam. O səbəbdən dezinformasiya ilə mübarizədə ortaq səylərin birləşdirilməsi vacibdir. Ankarada sözügedən Forumun keçirilməsini alqışlayıram və əməli addımların atılmasını gözləyirəm. Əgər ortaq mübarizə apararsaq, türk xalqlarının arasına nifaq salmaq istəyənlər öz istəklərinə nail ola bilməyəcəklər. Bundan savayı, türk dövlətlərinin, türk xalqlarının maraq və mənafelərinin beynəlxalq platformalarda ortaq şəkildə müdafiəsi də kifayət qədər önəmli məsələdir". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Dekabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri