Icma.az
close
up
RU
Azər Həsrət: “Bizim ölkəmizdə elə bil hamı əcnəbiləşib”

Azər Həsrət: “Bizim ölkəmizdə elə bil hamı əcnəbiləşib”

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

 “Siz hansısa xarici ölkəyə gedib orada sırf Azərbaycan dilində bir yazı, lövhə görə bilməzsiniz”


“Paytaxtımızın müxtəlif yerlərində eybəcər yazılar, mağaza, salon, ictimai iaşə obyektləri adları təəssüf doğurur” 


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev AMEA-nın 80 illiyinə həsr olunmuş yığıncaqda ana dilinin qorunmasının vacibliyini xüsusi olaraq vurğuladı. Cənab Prezident qeyd etdi ki, hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır: “Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir. Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm”.

Cənab Prezident öz çıxışlarında daim bunu da vurğulayır ki, mediadan, ictimaiyyətdən aldığı mesajlar önəmlidir. Bunu nəzərə alaraq “Şərq” qəzeti paytaxtımızda Azərbaycan ədəbi dil normalarının pozulmasına dair nümunələri təqdim etmək qərarına gəldi. Paytaxtımızın Qara Qarayev prospektində yerləşən ictimai iaşə obyektinin adı “Bi şiş kabab” olaraq yazılıb. Bəli, məhz “bi” şiş kabab. Elə bilməyin, “r” hərfi varmış, düşüb, itib. Xeyir. “r” hərfini bilərəkdən “itiriblər”. Yazmayıblar. Niyəsi məlumdur. Qardaş Türkiyədə “bir” kəlməsi nisbətən yumşaq səslənsin deyə “r” hərfi ixtisar edilir. Məsələn, “Bi dünya mutluluq” yazırlar, deyirlər. Amma iki qardaş olsaq da, ədəbi dil qaydalarımız fərqlidir. Azərbaycan dilində kimsə “bir” sözünü, “bi” tələffüz etsə, o adamın pəltək olduğu düşünüləcək. Azərbaycan dili bütün türk dilləri içərisində ən saf, qrammatik qaydaların möhkəm olduğu, ən səlis dildir. Çox təəssüf ki, bəzi dilbilməzlər dilimizi korlamaq, kökündən uzaqlaşdırmaq yolu tutub. Müşahidə etdiyimiz hal, paytaxtda bir-deyil, iki deyil. Yüzlərlə belə fakt göstərmək mümkündür. Götürək elə “Çiğ köfte”ni. Məlum məsələdir, çiy küftə Türkiyənin Urfa, Adana bölgələrində məşhur milli yeməkdir. Amma hansısa kafenin, satış obyektinin adı “çiğ köfte” yazılırsa, bu, ədəbi dilimizə birbaşa təhqirdir. Dilimizdə “çiy” sözü var, yəni bişməmiş, bişirilməmiş (ət, süd və sair). “Köfte” də bildiyimiz küftədir. Bunlar, yüzlərlə faktdan sadəcə ikisidir. Vəziyyətin narahatlıq doğuran tərəfi hər hansı bir şagirdin, məktəblinin, lap elə adi bir vətəndaşın “bir” sözünün “bi”, “çiy” sözünün də “çiğ” kimi yazıla və ya deyilə biləcəyinə inanacağı, bunu norma kimi qəbul edəcəyidir. Bu lövhəni tərtib edənlər əlavə izah etmir “ay camaat, biz bu sözü brend adıdır deyə belə yazmışıq ha, siz düz deyin, düz danışın”. Dilimiz bu cür korlanır, saflıqdan uzaqlaşır.               


Siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında ölkəmizdə, həmçinin paytaxtımızın müxtəlif yerlərində bu cür eybəcər yazılara, mağaza, salon, ictimai iaşə obyektləri adlarına rast gəlindiyini təəssüflə bildirdi: 

- Şəhərdə xarici dildə olduğu düşünülərək yazılan belə lövhələr çoxdur. Bəli, bu cür mənfi hallara yol verilir və belə izah edirlər ki, bu xarici firma, brendin adıdır, onu dəyişmək olmaz və sair. Bununla özlərinə sanki bəraət qazandırır, vacib şərt kimi əsaslı olduğunu isbat etməyə çalışırlar. Amma əlbəttə ki, yanlışdır. Siz hansısa xarici ölkəyə gedib orada sırf Azərbaycan dilində bir yazı, lövhə görə bilməzsiniz. Amma bizim ölkəmizdə elə bil hamı əcnəbiləşib. Bununla biz millilikdən uzaqlaşırıq. Bir əcnəbi, xarici ölkə vətəndaşı yanında tərcüməçi, izahat verən olmadan paytaxtı gəzərsə, buranın Azərbaycan şəhəri olduğuna çətin ki inansın. Qarşısına çıxacaq lövhələr ona buranın Azərbaycan olduğunu deməyəcək. Adlar xarici, yazılar xarici. Hətta latın qrafikası ilə əcnəbi dildə yazılar həkk edilir. “Əcəmi Naxçıvani” küçəsində bir obyekt vardı, ayaqüstü qəhvə təklif edilirdi. Rus dilində şüar yazmışdılar müştəri cəlb etmək üçün. İndi görürəm, obyektin adını dəyişib “Z.ponçik” yazıblar, rusca ilə ingiliscənin qarışığıyla. Başqa birisi dükanın adını “Yummu Ponçik” qoyub. Yəni ləzzətli, dadlı “ponçik”. Dilimizdə ləzzətli, dadlı sifəti varsa, “ponçik”ə kökə, köpməcə və sair nə qədər istəsəniz ad tapmaq mümkündür. Amma yox, mütləqdir ki, xarici dildə bir kəlmə olsun. Bu, manqurtlaşmanın göstəricisidir. Ona görə də bu cür insanları yerində oturtmaq, onlara dövlət dilinin gücünü göstərmək üçün dövlət daha sərt tədbirlərə əl atmalıdır. Dilin qorunması təkcə çağırışlarla mümkün deyil. Ağlı başında insanlar onsuz da dövlət dilinə hörmətlə yanaşır, onu qorumaqla məşğuldur. Özünü, sözünü bilməzlər, soyuna-sopuna hörmət etməyənlər dilimzi zibilləməklə məşğuldurlar. Onlara qarşı tədbir görmək lazımdır. Dövlət orqanlarında oturan adamlar rus dilində danışırlarsa, dilimizi qorumağı onlardan necə gözləmək olar?! Dövlət orqanlarında xarici dildə danışıq yasaqlanmalıdır. Fərqi yoxdur, hansı qurumdur. Bütövlüklə hamısında. O başqa məsələdir ki, bir əcnəbi qonaq gəlirsə, təbii ki, tərcüməçi olmalı, qonağa hörmət göstərilməlidir. Özəlliklə banklarda müşahidə etmişəm ki, müştəri yaxınlaşan kimi gənc əməkdaşlar dərhal başlayırlar rus dilində müraciət etməyə, danışmağa. Bu cür hallar qadağan edilməli və bu kimi hallara ciddi nəzarət edilməlidir. 


Məlahət Rzayeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Noyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri