Icma.az
close
up
RU
Azər Məmmədov : Legioner limitinin birdən birə tam olaraq ləğvinin əleyhinə idim

Azər Məmmədov : Legioner limitinin birdən birə tam olaraq ləğvinin əleyhinə idim

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Kəpəz”in sabiq çalışdırıcısı, millimizin veteran müdafiəçisi Azər Məmmədov apasport.az saytına müsahibə verib.

- AFFA-nın yeni sezonla bağlı verdiyi qərarlardan biri Premyer Liqada komanda sayının 12-yə yüksəldilməsidir. Sizcə, yeni sezondan yüksək liqaya hansı komandaların vəsiqə qazanması daha realdır? Ümumiyyətlə, infrastruktur olaraq hansı komanda daha hazır görünür?
- Əlbəttə ki, Premyer Liqada komanda sayını 12-yə yüksəltmək təqdiralayiqdir, sevindirici haldır. İldən-ilə komandaların sayı daha da artacaq. Çünki ölkə futbolu üçün ən azından 16 komandadan ibarət çempionatın keçirilməsi daha yaxşı olar. Hələlik sayın 12-yə yüksəldilməsi də sevindirici haldır. 12 komandalı çempionatda ağıla iki variant gəlir: üç dövrəli oyun, altılıq. Mən üç dövrəli liqa keçirilməsinin tərəfdarı idim. Orada bir məsələ var ki, bir komanda səfərdə 2 dəfə oynayacaq. Hər halda, ədalətli şəkildə püşk atılacaq və heç bir problem olmayacaq. O ki, qaldı Birinci Liqadan 3 komandanın gəlməsinə... Bir komandanın Premyer Liqadan göndərilib, aşağı liqadan 3 komandanın gətirilməsi çox düzgün qərardır. Bütün liqalarda maraqlı rəqabət gedəcək. Birinci Liqada 3 komanda var: "Qəbələ", "Karvan", "İmişli", ilk üçlükdə gedirlər və Premyer Liqaya namizəd onlardır. Görünən belədir. İnfrastruktur olaraq, Birinci Liqada elə ən yaxşı şərait bu üç komandada var. "Qəbələ"ni ümumiyyətlə bu siyahıdan çıxardım. Orada hər bir şərait Premyer Liqaya layiqdir. 

- Premyer Liqada sonuncu yeri tutan komanda mütləq liqanı tərk etməlidir. Hazırda Premyer Liqada qalmaq uğrunda mübarizə gedir. "Kəpəz", "Şamaxı", "Sumqayıt" və "Səbail" klubları arasında aşağı liqaya hansı klub düşməyə daha "iddialı" görünür?
- Bir komandanın liqadan düşəcəyi qərarı verildikdən sonra, bu 4 komandanın mübarizəsi gedir. Heç kim sonuncu olmaq istəmir. Əsasən mövsümün ikinci hissəsi başlayandan son yerlərdə olmamaq üçün "Səbail" və "Kəpəz" mübarizə aparırdı. Ancaq çempionatın gedişatı göstərdi ki, "Şamaxı" və "Sumqayıt" da Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq. Bu mübarizədə təcrübə böyük rol oynayacaq. Komandanın psixoloji olaraq oyunlara yaxşı hazırlaması önəmlidir. Görünən odur ki, enişdə olan komandalardan biri "Sumqayıt"dır. Amma bilmək olmaz. "Şamaxı"da Ayxan Abbasovdur. Onun komandanı Premyer Liqada saxlamaq təcrübəsi çox yaxşıdır. Yuxarı yerlərə oynamağı bacaran məşqçidir. Bu mübarizədə əsas məsələ məşqçinin təcrübəsi, komandasını oyunlara psixoloji hazırlamasıdır. Sona qədər 4 komanda arasında mübarizə gedəcək.

- Premyer Liqada yeni mövsümdən legioner limitinin ləğv edilməsi isə daha çox narazılıqla qarşılandı. Yerli oyunçular daha narahatdır. Sizin bu qərara mövqeyiniz necədir? Sizcə, limitlə bağlı daha uyğun qərar hansı ola bilərdi?
- Azərbaycan futboluna nə qədər faydası olacağını zaman göstərəcək. Amma düzü mən, legioner limitinin birdən-birə tam olaraq ləğvinin əleyhinə idim. Bunu mərhələ-mərhələ etmək olar. Komandaların sayını 16-ya çatdırdıqdan sonra bu qərarı vermək olardı. 8+3, 9+2 edərək, komanda sayını da artıraraq, bu qərarı vermək mümkün idi. Hazırda legioner limitinin ləğvinin əleyhinə idim. Legioner limitinin ləğvi klubların güclənməsinə və çempionatın daha rəqabətli keçməsinə müsbət təsir edəcək. Amma milli səviyyəsində nə qədər faydası olacaq? 

- Ümumiyyətlə, yerli futbolçuların bu qərardan sonra özlərinə klub tapması çətinləşə bilər? Bu qərarın onların Avropaya açılmasına təkan verəcəyini düşünənlər az deyil. Bəs, sizcə, bizim futbolçuları istəyəcək Avropa klubları olacaq?
- Bizim futbolçuların xaricə getmək ehtimalı nə qədər çoxdur? Biz o səviyyəyə gəlib çatmamışıq. Ola bilər ki, Türkiyə 1-ci liqası səviyyəsində kimlərsə, gedib oynayacaq. Amma xaricə axın olacağını düşünmürəm. Sadəcə bu limit məsələsində də, bəzi maddələr var, əsasən maliyyəsi yüksək olan komandalar legioner gətirə bilər. Amma digər klublar azərbaycanlıları oynadacaqlar. Büdcəsi aşağı olanlar bu addımı atacaq.  Çünki sifariş üçün pul ödəmək imkanları olmaya bilər. Bu qərarın mənfi və müsbət tərəfləri var. Sadəcə mənfi tərəfləri müsbət tərəflərindən bir az artıqdır. 

- Legioner limitinin Azərbaycan millisinin inkişafına, gələcək perspektivinə birbaşa təsiri olacaq? Olarsa, yəqin ki, daha çox mənfi mənada olacaq, nəinki müsbət?
- Legioner limitinin ləğv edilməsi milli səviyyədə təsir edəcək. Sadəcə klublarımız güclənəcək, çempionatda rəqabət artacaq. Lakin milli... Təsirsiz ötüşməyəcək. Hamımızın zamana ehtiyacı var. Gözləyək, görək qərarların sonda Azərbaycan futboluna nə qədər faydası və ya ziyanı var. Ən azından insan bir şeyə sevinir ki, heç olmasa neçə illərdən sonra Azərbaycan futbolunda qərarlar verilib. O qərarlara ehtiyac var idi ki, ən azından baxaq görək, futbolumuz hansı şəkildə olacaq. Ümid edirəm ki, hər şey yaxşı alınar

Gənclər və idman nazirinin səlahiyyətləri artırılıb “Zirə”də yeni müqavilə Oçe Oçoveçi: "Qarşımıza qoyulan hədəfə çatmağa çox yaxınıq" "Qalatasaray" və "Fənərbaxça"nın avrokubok oyunları bu kanallarda Renat Türkiyə klubundan ayrılıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://apasport.az
archiveBu xəbər 20 Fevral 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri