Icma.az
close
up
RU
Azər Salahlı həm yerli, həm də xarici klublardan yetərincə yaxşı təklif almışdı Elcan Həsənli detalları açıqladı

Azər Salahlı həm yerli, həm də xarici klublardan yetərincə yaxşı təklif almışdı Elcan Həsənli detalları açıqladı

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025/26 mövsümündə premyer-liqada çıxış edəcək "İmişli" dünən heyətini yaxınlarda "Neftçi"dən ayrılan Azər Salahlı ilə gücləndirdi.

Klubun təqdimat şəkillərində oyunçu və icraçı direktor Aqşin Mürsəlovla yanaşı, idman sahəsində vəkil kimi çalışan Elcan Həsənlini də gördük. Onun menecer kimi fəaliyyət göstərdiyi bəllidi. Bu üzdən Azərin "İmişli" ilə anlaşmasında vasitəçi rolu oynadığına şübhə yoxdu.
Odu ki, Elcan bəylə əlaqə saxlayıb keçidin detalları, başqa yerli futbolçuların da yeni komanda tapması üçün çalışıb-çalışmadığı, həmçinin legionerlərin ölkəmizə gətirilməsi yönündə planları haqda məlumat aldıq. Onun "Football-plus.az"a cavabı:

"Rəsmi şəkildə Azər Salahlının həm meneceri, həm də vəkiliyəm. Bu keçidi həmin vəzifələrim üzrə həyata keçirdim. Azər bəy həm yerli, həm də xarici klublardan yetərincə yaxşı təklif almışdı. Sadəcə, ən yaxşı maliyyə şərtləriylə "İmişli" çıxış etdi. Klubun gələcək planlarına və perspektivlərinə əsasən bu qərarı verdik. Baş məşqçi Xorxe Kaskilya Azər bəyi çox bəyənir. Bu səbəbdən indiki məqamda futbolçu üçün ən doğru qərarı verdik. Müqavilənin müddətinin 2 il olması da futbolçunun yaşına görə uyğundu. Nəzərə alaq ki, legioner limiti ləğv olunduğuna görə azərbaycanlı futbolçular klub tapmaqda çətinlik çəkir.
Başqa yerli futbolçuların da transfer prosesini yekunlaşdırmışıq. Yaxın günlərdə klubları tərəfindən rəsmən elan ediləcək. Bildiyiniz kimi, eyni zamanda rəsmi FİFA agentiyəm. Bu gün legionerlərin Azərbaycan klublarına, yerli oyunçuların xarici klublara transferi yönündə danışıqlarımız davam edir. Ümid edirik ki, yaxın günlərdə daha bir neçə keçidi uğurla tamamlayacağıq".


KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 İyul 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri