Icma.az
close
up
RU
Azərbayan NATO ya üzv olur, Türkiyə bazaları gəlir...

Azərbayan NATO ya üzv olur, Türkiyə bazaları gəlir...

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Yanlış siyasəti nəticəsində Cənubi Qafqazda etibarlılığını itirən Rusiya özündə günah axtarmaq əvəzinə, Qərbi suçlamağa üstünlük verir.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Kremlə yaxın “Svobodnaya pressa” son günlər Cənubi Qafqazdakı prosesləri Qərbin təsirləri prizmasından təhlil edir.

“Rusiya ilə Azərbaycan arasındakı gərginlik bizi Bakıya təkcə siyasi deyil, həm də hərbi baxımdan daha yaxından baxmağa məcbur edir. Bu, Azərbaycanın NATO-ya daxil olma ehtimalı və bu Qafqaz respublikasının ərazisində türk hərbi bazasının qurulması müzakirələridir” deyə, sayt öz məqaləsində yazır. “Təhlildə” hətta belə nəticə çıxalır ki, “Azərbaycan öz seçimini edib. Bakı Qarabağdakı qələbədən sonra NATO ilə daha böyük əməkdaşlıq haqda düşünməyə başlayıb. Azərbaycanda NATO-nun ən böyük bazasının tikilməsi ehtimalı ilə bağlı yayılan məlumatlar bu ölkənin İran və Rusiyaya təzyiq alətinə çevrildiyini təsdiqləyir” - deyə, bildirilir.

İddia olunur ki, guya “Bakı Moskva ilə iqtisadi layihələrə, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizində iştirakına isti baxmır, 2030-cu ilə qədər bu layihəyə 280 milyard rubla qədər vəsait ayırmaq niyyətində olan Rusiya indi planlarına yenidən baxmaq zərurəti ilə üzləşib”. Rusiya nəşrinin əsas narahatlığının son günlər cəmiyyətdə Türkiyə bazasının Azərbaycanda qurulması olduğunu gizlətmir.

“Azərbaycanda Türkiyənin hərbi bazasının yaranması ehtimalı və NATO-ya daxil olması perspektivləri necədir” sualına politoloq, Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Siyasi və Sosial-Psixoloji Proseslər kafedrasının dosenti Aleksandr Perendjiyev cavab verib.

“NATO Azərbaycandan Rusiya və İrana təzyiq göstərmək üçün istifadə etməyi planlaşdırır. Bu respublikanın ərazisində Türkiyə və ya hər hansı digər hərbi baza peyda olarsa, bu, Rusiyanın strateji tərəfdaşı olan İran üçün birbaşa hərbi təhdid olacaq”.

O da iddia olunub ki, guya Rusiya ilə strateji müttəfiqlik müqaviləsi Qərbi dərhal narahat edib. “Nəticədə 2023-cü ildə Böyük Britaniyanın Azərbaycandakı səfirliyində hərbi attaşe vəzifəsi bərpa edilib. İngiltərənin, məlum olduğu kimi, ənənəvi olaraq Qafqazda maraqları var” deyə, məqalədə bildrilir.

“Ermənistanın anti-Rusiya mövqeyi, Moskvanın Bakı ilə münasibətlərində yaranan gərginlikdən sonra xarici aktorlar Cənubi Qafqazda vahid qərbyönlü geosiyasi mənzərə yaratmaq üçün Gürcüstanda sabitliyi pozmağa cəhd edəcəklər”. Sözügedən nəşrin daha bir məqaləsində belə deyilir. Məqalədə iddia olunur ki, Avropa Birliyinin və Avropa Parlamentinin Gürcüstanla bağlı son qərarları və sərt sanksiya hədələri Tiflisə yenidən inqilabi əhval-ruhiyyınin qaytarılmasına hesablanıb. Rusiya nəşri Brüsseli bu ölkədə qarışıqlıq yaratmaqda ittiham edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 İyul 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri