Azərbaycan 24 cü pillədə qalıb UEFA reytinqi
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Azərbaycan UEFA reytinqində həftəni 24-cü pillədə bitirib.
Redaktor.az-ın məlumatına görə, bu, UEFA Avropa Liqasının əsas mərhələsinin V turunun oyunlarından sonra bəlli olub.
İsrailin "Hapoel" (Beer-Şeva) klubu Gürcüstanda Türkiyə təmsilçisi "Beşiktaş"a 1:2 hesabı ilə uduzub. Bu nəticədən sonra İsrailin Azərbaycanı keçə bilməyəcəyi dəqiqləşib.
Azərbaycan 24.187 əmsalla 24-cü, İsrail 24.125 əmsalla 25-ci yerdədir. 23-cü sırada Ukrayna (24.837) yer alıb.
UEFA reytinqində İngiltərə (109.227) birinci pillədə qərarlaşıb.
Xatırladaq ki, Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi "Sabah" komandasıdır. Bakı klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Bakıda İspaniyanın "Barselona" klubuna uduzub - 1:4.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 27 Noyabr 2026 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















