Icma.az
close
up
RU
Azərbaycan 30 dan artıq ölkədə turizm imkanlarını təqdim edəcək

Azərbaycan 30 dan artıq ölkədə turizm imkanlarını təqdim edəcək

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Azərbaycan bu il turizm sektorunun beynəlxalq tanıtımını gücləndirmək məqsədilə televiziya, rəqəmsal platformalar, beynəlxalq sərgilər və media əməkdaşlıqlarını əhatə edən genişmiqyaslı marketinq kampaniyalarına start verəcək.

Bu, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun 2026-cı il üzrə Marketinq Fəaliyyət Planında əksini tapıb.

Sənədə əsasən, ölkənin turizm brendinin qlobal görünməsini artırmaq üçün CNN və "Euronews" kimi aparıcı beynəlxalq telekanallarda reklam çarxları yayımlanacaq, eləcə də regional və milli televiziyalarda tanıtım kampaniyaları həyata keçiriləcək. Rusiya və Türkiyə bazarlarında isə açıq məkan reklamları yerləşdiriləcək.

Rəqəmsal istiqamətdə "Meta" ("Facebook" və "Instagram"), "TikTok", "LinkedIn", "YouTube" və digər platformalarda hədəfli sosial media marketinqi aparılacaq. Çin bazarı üçün "Weibo", "WeChat", "Douyin" və RED, Körfəz ölkələri üçün "Snapchat", rusdilli auditoriya üçün isə "Yandex" və" Telegram" kimi kanallardan istifadə nəzərdə tutulur. Eyni zamanda "Google", "Expedia" və bir sıra beynəlxalq onlayn rezervasiya platformaları ilə əməkdaşlıq çərçivəsində qastroturizm və toy turizmi kimi tematik istiqamətlər üzrə xüsusi kampaniyalar təşkil ediləcək.

Plan çərçivəsində Azərbaycan dünyanın aparıcı turizm sərgilərində də iştirakını genişləndirəcək, il ərzində 20-dən artıq qlobal turizm sərgi və forumunda milli stendlə təmsil olunacaq. Bunlara FITUR (Madrid), "ITB Berlin", "ATM Dubai", "ITB China", "WTM Riyadh", "London Snow Show", "EMITT İstanbul" və digər nüfuzlu tədbirlər daxildir.

Həmçinin müxtəlif bazarlarda yol şouları və B2B seminarlar keçiriləcək.

Plan üzrə tanıtım və əməkdaşlıq tədbirləri ümumilikdə 30-dan artıq ölkəni əhatə edəcək. Bunlara, Avstriya, İspaniya, İtaliya, Almaniya, Böyük Britaniya, Polşa, Macarıstan, İsveçrə, Çexiya, Rusiya, Belarus, Türkiyə, İsrail, Çin, Cənubi Koreya, Yaponiya, Hindistan, Pakistan, Qazaxıstan, Özbəkistan, Malayziya, İndoneziya, Sinqapur, Vyetnam, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt, Bəhreyn və Oman daxildir.

Bundan başqa, xarici tur operatorları, media nümayəndələri və influenserlər üçün Azərbaycana tanışlıq səfərləri təşkil olunacaq, beynəlxalq media platformalarında sponsorlu materiallar, video reportajlar və rəqəmsal məzmunlar hazırlanacaq.

Məqsəd Azərbaycanın əsas və inkişaf edən bazarlarda turizm axınını artırmaq, ölkəni aparıcı qlobal səyahət istiqamətlərindən biri kimi mövqeləndirməkdir.

report

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://banco.az
archiveBu xəbər 05 Fevral 2026 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri