Icma.az
close
up
RU
Vətəndaş bir bankdan neçə kart ala biləcək? Ekspert açıqladı

Vətəndaş bir bankdan neçə kart ala biləcək? Ekspert açıqladı

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Azərbaycan Banklar Assosiasiyası (ABA) İctimai Birliyi ödəniş kartlarının və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən risk əsaslı yanaşma ilə bağlı açıqlama yayıb.

Assosiasiyanın qəbul etdiyi yanaşmaya əsasən, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, habelə depozit hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bankda bir məhsul üzrə bir ödəniş kartının təqdim edilməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı bank eksperti İsmayıl Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, yeni yanaşma eyni səviyyəli kartların bir bankdan çoxsaylı şəkildə əldə edilməsinin qarşısını almağa yönəlib:

“Məsələ bundan ibarətdir ki, hər bir şəxs istənilən bankda, hər valyuta üzrə – dollar, avro, manat – eyni səviyyəli kartdan bir ədəd əldə edə bilər. Yəni siz manatda bir ədəd Infinity kart ala bilərsiniz, bir ədəd Gold, bir ədəd Platinum və bir ədəd klassik kart ala bilərsiniz. Lakin bunlardan ikincisini almağa məhdudiyyət qoyulur”.

Ekspertin sözlərinə görə, müştəri eyni kartdan ikinci dəfə əldə etmək istəyərsə, başqa banka müraciət edə bilər:

“Əgər siz ikinci belə bir kart istəyirsinizsə, o zaman digər banka müraciət etməli olacaqsınız. Yəni burada bir bankda eyni kartdan iki ədəd alınmasının qarşısını almaq məqsədi güdülür. Bu, bank nəzarətinin və Mərkəzi Bankın kartların xaotik şəkildə buraxılmasının qarşısını alması üçün atılan addımdır. Maliyyə nəzarətinin gücləndirilməsinə hesablanmış bir tədbirdir”.

İsmayıl Məmmədov əməkhaqqı, pensiya və digər sosial ödəniş kartlarının bu məhdudiyyətdən istisna təşkil etdiyini deyib:

“Sadəcə olaraq, təqaüd, əməkhaqqı və pensiya kartlarının verilməsi ilə bağlı şərtlər istisnadır. Sizdə iki-üç il işlədiyiniz müddətdə iki-üç əməkhaqqı kartı ola bilər, yaxud bir yerdən əməkhaqqı, digər yerdən pensiya ala bilərsiniz. Bu kartlar istisna təşkil edir. Digər ödəniş kartlarının verilməsi ilə bağlı isə problem yoxdur. Məhdudiyyət digər ödəniş kartlarına aiddir və onlardan yalnız bir ədəd əldə etmək mümkün olacaq”.

Ekspert rəqəmsal kartların isə bu baxımdan ayrıca imkan yaratdığını vurğulayıb:

“Yeni yaradılan rəqəmsal kartlar var. Onlardan həm qeydiyyatdan keçmək üçün istifadə edirsiniz, məsələn, orada az miqdarda pul saxlayırsınız, həm də rəqəmsal kartlardan istifadə etməklə rahat şəkildə ödənişlər həyata keçirirsiniz. Bu baxımdan ödənişlərlə bağlı problem yaşanmayacaq”.

İsmayıl Məmmədovun sözlərinə görə, məhdudiyyət kartlardan ümumiyyətlə istifadə imkanını deyil, eyni məhsul üzrə çoxsaylı kartların əldə edilməsini əhatə edir. Ekspert hesab edir ki, yeni yanaşma vətəndaşın kart seçimlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırmır:

“Bu məsələdə hüquqlarımız, seçimlərimiz pozulmurmu? Əslində burada tələb-təklif məsələsi var. Yəni banklar əgər müəyyən kartı təklif etmirsə, bu, onların seçimidir. Təklif etmirsə, biz də həmin kartı əldə edə bilməyəcəyik”.

İsmayıl Məmmədov bildirib ki, müştərilərin müxtəlif banklardan fərqli kartlar əldə etmək imkanları kifayət qədər genişdir:

“Sadəcə olaraq, Mərkəzi Bank bununla bağlı məhdudiyyət qoyur. Yəni bu, o deməkdir ki, biz həmin kartdan istədiyimiz qədər əldə edə bilmərik. Kifayət qədər bank olacaq. 19 bank olacaq, çünki biri digər bankla - Respublika Bankla AccessBank birləşir. Ona görə də 20 yox, 19 bank olacaq.

19 bankın hər birindən Visa və Mastercard olmaqla müxtəlif kart növlərini götürsək, hər bankdan, demək olar ki, beş-altı kart əldə etmək mümkün olacaq. Hər bankdan bir rəqəmsal kart da götürə bilərik. Hər valyutada istəsək, onu da valyutaların sayına – deyək ki, avro, manat və dollar – vursaq, yeddi kartı üçə vuranda 21 kart edir. Yəni bu, kifayət qədər çoxdur”.

Ekspert sonda bildirib ki, yeni yanaşma əsasən eyni səviyyəli kartların çoxsaylı şəkildə əldə edilməsini məhdudlaşdırır:

“Sadəcə olaraq, hər səviyyəli kartdan bir ədəd tələb olunur. Yəni deyir ki, sənin bir ədəd Infinity kartın ola bilər, bir ədəd Gold, bir ədəd Platinum kartın ola bilər. Əslində, hər adam da o kartlardan istifadə etmir. Sadəcə olaraq həmin kartların imtiyazlarından istifadə etməyə meylli olurlar. Hal-hazırda isə həmin imtiyazlar əhalinin böyük əksəriyyəti üçün aktual deyil”.

Günay İlqarqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Sentyabr 2026 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see278

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see246

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see245

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see234

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see214

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see213

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see210

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see208

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see203

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see203

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see202

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see199

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see198

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see192

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see173

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see171

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

02 Oktyabr 2026 14:22see163

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see162

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see158

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri