Icma.az
close
up
RU
Azərbaycan ABŞ nin strateji müttəfiqinə çevrilir TƏHLİL

Azərbaycan ABŞ nin strateji müttəfiqinə çevrilir TƏHLİL

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Bakının ağıllı diplomatiyası bölgədə yeni reallıq yaratdı

 Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə həyata keçirdiyi Vaşinqton səfəri Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı kimi strateji və tarixi əhəmiyyət daşıyır. Bu səfər, sadəcə, diplomatik protokolun tərkib hissəsi deyil, ikitərəfli əməkdaşlığın məzmununu və miqyasını dərinləşdirən siyasi hadisədir. Səfərin ən mühüm nəticələrindən Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanmasıdır.

 Bu sənəd strateji tərəfdaşlığın hüquqi-siyasi çərçivəsini möhkəmləndirərək əməkdaşlığı üç əsas sahə üzrə sistemləşdirəcək. Birincisi, enerji, ticarət və tranzit marşrutlarını əhatə edən regional bağlantılar – Azərbaycanın qlobal enerji təhlükəsizliyində və beynəlxalq nəqliyyat şəbəkələrində aparıcı rolunu daha da gücləndirəcək. İkincisi, süni intellekt və rəqəmsal infrastruktur sahəsində investisiyalar – innovasiya və texnoloji tərəfdaşlığı dərinləşdirəcək. Üçüncüsü, müdafiə sənayesi, silah tədarükü və terrorizmə qarşı mübarizə – təhlükəsizlik sahəsində qarşılıqlı etimadı artıraraq regional sabitliyə töhfə verəcək. Bu səfər həm ikitərəfli münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi, həm də Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsi istiqamətində mühüm diplomatik platforma rolunu oynayır. Səfər siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığını dərinləşdirəcək. Məlumdur ki, Co Bayden dönəmində Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətləri gərgin mərhələlərdən keçib. Bu gərginlik Azərbaycanın narazılığına səbəb olurdu və rəsmi Bakı ardıcıl şəkildə xarici siyasət alətlərindən istifadə edərək münasibətləri bərpa etməyə, əməkdaşlığı normal məcraya qaytarmağa çalışırdı. Vaşinqton səfərinin əsas əhəmiyyəti də məhz bundadır. Azərbaycan ABŞ ilə əlaqələrini artıq yüksək səviyyəyə qaldırmağa nail olub. Başqa sözlə, münasibətlərdə əvvəlki soyuqluq aradan qalxıb və tərəflər yeni strateji əməkdaşlıq mərhələsinə qədəm qoyublar. 


Millət vəkili Nəsib Məhəməliyev Sherg.az-a deyib ki, Azərbaycanın Amerika Birləşmiş Ştatlarının strateji müttəfiqinə çevrilməsinə dair xartiyanın imzalanmasına hazırlıq görülməsi ən diqqət çəkən məqamdır. Deputat vurğulayıb ki, mövcud geosiyasi şərtlər daxilində bu, fantastik bir göstəricidir:

 "ABŞ ilə strateji müttəfiqlik, sivil dünyanın bir parçası olmaq, dünyanın ən güclü, hərtərəfli inkişaf etmiş ölkəsinin iqtisadi, elmi, texnoloji, mədəni imkanlarından yararlanmaq deməkdir. Burada, Prezident İlham Əliyevin "Nəyi, necə, nə vaxt etməyin lazım olduğunu mən yaxşı bilirəm" sözləri yada düşür. Donald Trampın, cənab Prezidenti "Zəki və güclü Lider" adlandırması, dövlət başçımızın beynəlxalq nüfuzunun ən yüksək səviyyədə etirafıdır. 2020-ci il 8 noyabr Azərbaycanın döyüş meydanlarında qələbəsi kimi tarixə düşdü. 2025-ci ilin 8 avqustunda isə sülhün rəsmiləşdirilməsi üçün rəsmi zəmin yarandı. Azərbaycan xalqı son beş ildə ancaq Zəfərlər qazandı. Yeni Dünya nizamında yeni reallıqlar yaratdı. Bütün bunların memarı, beyni, şübhəsiz, Prezident, Ali Baş Komandan İlham Əliyevdir". 


Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı Sherg.az-a  açıqlamasında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri, keçirilən və planlaşdırılan görüşlər, imzalanan və imzalanacaq sənədlər konyekturadan qaynaqlanan anlıq qərarların nəticəsi deyil. Ekspert vurğulayıb ki, bu, Azərbaycanın uzunmüddətli xarici siyasət strategiyasının bir parçası, strategiyanın uğurla icra olunmasını təmin edən növbəti taktiki addımlardır: 

"Azərbaycan bütün dövlətlərlə, o cümlədən ABŞ ilə münasibətlərdə müsbət nəticələr əldə etməyə çalışır. Bunlar - Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və digər milli maraqlara yönəlmiş təhdidlərin minimallaşdırılması, bölgədə dayanıqlı sülhün əldə olunması, əməkdaşlıq mühitinin formalaşdırılması və gücləndirilməsi, qlobal əhəmiyyətli layihələrin reallaşdırılması, bütün yolların açılması və s. məqsədlədir. Milli maraqlar daim ön planda tutulur, hədələrə boyun əyilmir, restlərə lazım gələndə restlə qarşılıq verilir. Bu, Azərbaycan miqyaslı dövlət üçün çətindir. Çünki milli güc amilləri baxımından bizdən qat-qat güclü dövlətlər var. Onların bir çoxunun bölgəmiz ilə bağlı maraqları fərqlidir. Çox vaxt da həm bizim maraqlarımızla toqquşur. Bu qədər çətin şəraitdə uğur qazanmaq çox ağıllı diplomatiya, ardıcıllıq, sistemlilik, səbr və s. tələb edir". 


Analitik qeyd edib ki, bəzi addımlar dost dövlətlər, hətta cəmiyyətimizin özü tərəfindən yanlış anlaşılır, çox təbii olaraq hər şeyi hər zaman açıb cəmiyyətə demək olmur: 

"Nikol Paşinyan 2019-cu ildə Cıdır düzündə rəqs edəndə, ya da 2020-ci ilin oktyabrında ilk atəşkəs imzalandığı və ya noyabrında müharibə dayandığı zamankı cəmiyyətimizdəki reaksiyaları xatırlayıram. Təbii olaraq emosional reaksiya verirdik. Amma liderlik məhz budur: Nəyi, nə vaxt, harada və necə edəcəyini bilmək. Və etmək cəsarətini, iradəsini göstərmək. O baxımdan Prezidentin ABŞ-yə səfəri, keçirilən görüşlər və əldə olunan razılaşmalar ən azı bölgəmizin gələcəyi baxımından 2020-ci ildən sonra formalaşdırılan yeni geosiyasi reallığı möhkəmləndirmək və Azərbaycanın yeni və daha iddialı xarici siyasətinə dayaqlar yaratmaq üçün önəmlidir. Ona görə yox ki, ABŞ Prezidenti Donald Trampın "sehirli çubuğu" var. Ona görə ki, Azərbaycanın ağıllı diplomatiyası var. 

Bu ağıllı diplomatiya davam etdiyi müddətcə uğurlu nəticələrə yeniləri əlavə olunacaq və əldə olunan nəticələr qalıcı hala gətiriləcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Avqust 2025 07:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri