Icma.az
close
up
RU
ABŞ Mərkəzi Asiya yaxınlaşmasında Azərbaycan həlledici tranzit mərkəzinə çevrilir TƏHLİL

ABŞ Mərkəzi Asiya yaxınlaşmasında Azərbaycan həlledici tranzit mərkəzinə çevrilir TƏHLİL

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Trampın Mərkəzi Asiya liderləri ilə görüşü Vaşinqtonun regiona diqqətinin yenidən artdığını və geosiyasi balansda yeni mərhələnin formalaşdığını göstərir. Görüş zamanı Donald Trampın Azərbaycan və TRİPP haqqında səsləndirdiyi fikirlər xüsusilə diqqət çəkdi. O, Azərbaycanın həm enerji təhlükəsizliyi, həm də nəqliyyat kommunikasiya şəbəkələrinin mərkəzi qovşağı kimi əhəmiyyətini vurğulayaraq, Orta Dəhlizin qlobal ticarət üçün alternativ və daha təhlükəsiz istiqamət yaratdığını qeyd etdi. Trampın TRİP çərçivəsində Azərbaycan–Mərkəzi Asiya əlaqələrinin artan rolunu xüsusi qabartması Vaşinqtonun bu marşruta strateji marağını təsdiqləyir.

ABŞ–Mərkəzi Asiya əməkdaşlığında yeni strateji mərhələ

Görüşün mühüm nəticələrindən biri ABŞ ilə Mərkəzi Asiya ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsi oldu. Kritik mineral resurslar – litium, mis, uran və nadir torpaq elementləri üzrə əməkdaşlıq razılaşdırıldı. ABŞ üçün bu resurslar sənaye və müdafiə sahələri baxımından həyati əhəmiyyət daşıdığından, Qazaxıstan və Özbəkistanla tərəfdaşlıq daha da dərinləşdirildi. Bundan başqa, region ölkələri ilə rəqəmsal iqtisadiyyat, yaşıl enerji və investisiya layihələri üzrə yeni mexanizmlər formalaşdırıldı.

Bu proseslərin fonunda Mərkəzi Asiyanın əsas yüklərinin artıq Azərbaycan üzərindən daşınması xüsusi önəm daşıyır. Orta Dəhliz və perspektiv Zəngəzur dəhlizi regionun logistika xəritəsini dəyişir, Avropa və Asiya arasındakı məsafəni qısaldır. Azərbaycanın limanları, dəmir yolu infrastrukturu və gömrük prosedurlarının sadələşdirilməsi Mərkəzi Asiya dövlətləri üçün ən optimal marşrut yaradır. Beləliklə, Azərbaycan–Mərkəzi Asiya nəqliyyat əməkdaşlığı ABŞ-ın dəstəklədiyi yeni iqtisadi və geosiyasi modelin əsas sütunlarından birinə çevrilir.

Trampın görüşü Azərbaycanın strateji rolunu daha da gücləndirdi

Prezident yanında İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov APA-ya açıqlamasında vurğulayıb ki, Trampın görüşü ABŞ-ın Mərkəzi Asiyaya marağının artdığını və Azərbaycan üzərindən Orta Dəhliz–Zəngəzur dəhlizi marşrutunun yeni strateji xəttə çevrildiyini göstərir.

Onun sözlərinə görə, Trampın Mərkəzi Asiya liderləri ilə görüşü Vaşinqtonun regiona diqqətinin yenidən artdığını və geosiyasi balansda yeni mərhələnin formalaşdığını göstərir: “Görüş zamanı Donald Trampın Azərbaycan və TRİP haqqında səsləndirdiyi fikirlər xüsusilə diqqət çəkdi. O, Azərbaycanın həm enerji təhlükəsizliyində, həm də nəqliyyat-kommunikasiya şəbəkələrinin mərkəzi qovşağı kimi rolunda artan strateji əhəmiyyətini vurğulayaraq, Orta Dəhlizin qlobal ticarət üçün alternativ və daha təhlükəsiz bir istiqamət yaratdığını qeyd etdi. Trampın TRİP çərçivəsində Azərbaycan–Mərkəzi Asiya əlaqələrinin yüksələn rolunu xüsusi olaraq qabartması Vaşinqtonun bu marşruta strateji marağının dərinləşdiyini təsdiqləyir.”

Politoloq qeyd eidb ki, görüşün mühüm nəticələrindən biri ABŞ ilə Mərkəzi Asiya ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin nəzərəçarpacaq dərəcədə genişlənməsi oldu: “Kritik mineral resurslar – litium, mis, uran və nadir torpaq elementləri üzrə əməkdaşlıq barədə razılıq əldə edildi. ABŞ üçün sənaye və müdafiə sektoru baxımından həyati əhəmiyyət kəsb edən bu xammal bazasına çıxışın təmin olunması Qazaxıstan və Özbəkistanla tərəfdaşlığın daha da dərinləşdirilməsinə səbəb oldu. Bununla yanaşı, region ölkələri ilə rəqəmsal iqtisadiyyat, yaşıl enerji və investisiya layihələri üzrə yeni əməkdaşlıq mexanizmləri formalaşdırıldı. Bu proseslərin fonunda Mərkəzi Asiyanın əsas yüklərinin artıq Azərbaycan üzərindən daşınması xüsusilə böyük önəm daşıyır. Orta Dəhliz və perspektiv Zəngəzur dəhlizi regionun logistika xəritəsini dəyişərək Avropa və Asiya arasındakı məsafəni qısaldır. Azərbaycanın liman imkanları, dəmir yolu infrastrukturu və gömrük prosedurlarının sadələşdirilməsi Mərkəzi Asiya dövlətləri üçün ən optimal marşrut yaradır. Nəticə etibarilə, Azərbaycan–Mərkəzi Asiya nəqliyyat əməkdaşlığı ABŞ-ın dəstəklədiyi yeni iqtisadi və geosiyasi modelin əsas dayaqlarından birinə çevrilir.”

İqtisadçi Eldəniz Əmirov isə APA-ya açıqlamasında qeyd edib ki, Mərkəzi Asiyada paralel şəkildə aktivləşən ABŞ və Çin fərqli iqtisadi-siyasi strategiyalarla region uğrunda rəqabəti dərinləşdirərək Özbəkistan və Qazaxıstan kimi yüksələn dövlətləri qlobal geosiyasətin yeni mərkəzinə çevirir.

Son beş ildə müxtəlif çıxışlarımda Mərkəzi Asiyada yeni “pələnglərin” – yəni sürətlə inkişaf edən dövlətlərin – meydana çıxdığını qeyd etmişəm və bu gün də həmin fikirdəyəm. Bu dinamikanın əsasını iki amil təşkil edir: Özbəkistan və Qazaxıstanın seçdiyi ardıcıl iqtisadi kurs və Çinin bölgədə tətbiq etdiyi yumşaq güc strategiyası. Paralel olaraq ABŞ-ın regiona artan diqqəti və son yüksək səviyyəli görüşlər Mərkəzi Asiyanın qlobal güclər üçün prioritet məkana çevrildiyini göstərir. Lakin iki böyük gücün yanaşması fərqlidir. ABŞ daha çox təhlükəsizlik, siyasi institutların möhkəmləndirilməsi və idarəetmə islahatlarına fokuslanır. Çin isə nümayişsiz, lakin davamlı iqtisadi təsir mexanizmləri ilə irəliləyir. Çin–Özbəkistan əməkdaşlığı bunun ən aydın nümunəsidir: ticarət dövriyyəsi 14 milyardı keçib, təkcə doqquz ayda 12 milyarda çatıb. Özbəkistanda Çin şirkətlərinin sayı 4 400-ü aşaraq Pekinin iqtisadi ekspansiyasının miqyasını təsdiqləyir,” deyə o, bildirib.

Onun fikrincə, ABŞ xətti isə tam fərqli model təqdim edir: “Çin kapitalı Özbəkistana daxil olursa, ABŞ əksinə, Özbəkistan kapitalını öz sənayesinə cəlb edir. ABŞ Prezidentinin açıqladığı kimi, Özbəkistan növbəti üç ildə Amerika iqtisadiyyatına 35 milyard dollar, on il ərzində isə 100 milyard dollardan çox investisiya yatırmağı planlaşdırır. Bu, Vaşinqton–Daşkənd münasibətlərinin strateji mahiyyətini dəqiq göstərir. Beləliklə, eyni regionda iki güc paralel şəkildə fəaliyyət göstərsə də, təsir vektorları və məqsədləri fərqlidir. Bu mənzərə müəyyən mənada 1980-ci illərin ABŞ–SSRİ rəqabətini xatırladır: Çin səssiz şəkildə genişlənir, ABŞ isə daha sərt və sürətli addımlarla mövqelərini müdafiə etməyə çalışır. Uzaq perspektivdə bu strategiyaların nəticəsi isə hələ də açıq sualdır.”

Trampın Mərkəzi Asiya təşəbbüsünün iqtisadi və geosiyasi səbəbləri

Qazax politoloq Almat Toyekin APA-ya açıqlamasında bildirib ki, Trampın Mərkəzi Asiya liderlərini bir araya toplamasının əsas məqsədi ABŞ ilə region ölkələri arasında iqtisadi əməkdaşlığı genişləndirmək, qarşılıqlı sərmayələri artırmaq və Mərkəzi Asiyanın strateji mövqeyindən doğan imkanları daha konstruktiv tərəfdaşlığa çevirməkdir.

ABŞ prezidenti Donald Trampın Mərkəzi Asiya liderlərini bir araya toplamasının əsas səbəbi iqtisadi, siyasi və geosiyasi amillərin kəsişməsidir. Sentyabr ayında Nyu-Yorkda BMT çərçivəsində keçirilən görüşlərdə Qazaxıstan və Özbəkistanın ABŞ-la milyardlıq müqavilələr imzalaması Trampın regiona marağını artırdı. Qazaxıstan 4,2 milyard dollar dəyərində 300-dən çox ABŞ lokomotivi, Özbəkistan isə 8 milyard dollardan artıq dəyərdə “Boeing” təyyarələri almağa razılaşdı. Bu, faktiki olaraq ABŞ iqtisadiyyatına böyük investisiya deməkdir və Tramp, biznesmen kimi, bu prosesdən faydanı əsas götürür. Regional kontekst də mühümdür. Mərkəzi Asiya Çin və Rusiya arasında strateji məkanda yerləşir. ABŞ-ın Çinlə ticarət müharibəsi fonunda Qazaxıstandakı böyük volfram yataqları və Özbəkistandakı nadir metallar sahəsində bağlanan müqavilələr Çinlə rəqabətin bir hissəsi kimi görünür. ABŞ regionun təbii sərvətlərinin işlənməsində daha aktiv rol almağa çalışır,” deyə o, bildirib.

Ekspertin fikrincə bu, Mərkəzi Asiya ölkələrinin istiqamət dəyişikliyinə səbəb olmayacaq: “Coğrafi reallıq – Çin və Rusiya ilə uzun quru sərhədləri – onların çoxşaxəli və balanslaşdırılmış siyasət yürütməsini tələb edir. Çin və Rusiya iqtisadiyyat, ticarət və nəqliyyat layihələrində əsas tərəfdaş olaraq qalır. Digər tərəfdən, görüş Orta Dəhlizin – Azərbaycan, Gürcüstan, Türkiyə və Avropaya uzanan marşrutun – əhəmiyyətini də vurğulayır. Rusiyanın Ukrayna ilə müharibəsi səbəbindən şimal marşrutlarının məhdudlaşması Orta Dəhlizi daha vacib edir. Qazaxıstan və Azərbaycanın limanları bu dəhlizin əsas elementlərindəndir. Trampın təşəbbüsü həm iqtisadi maraqları, həm də bu geosiyasi rəqabəti əks etdirir”.

C5+1: ABŞ–Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ

Özbəkistandan olan siyasi şərhçi Adkhamjon Janobiddinov isə APA-ya açıqlamasında bildirib ki, Vaşinqtondakı C5+1 görüşü ABŞ ilə Mərkəzi Asiya arasında siyasi, iqtisadi və strateji əməkdaşlığın gücləndiyini və münasibətlərin yeni mərhələyə keçdiyini göstərir.

Mərkəzi Asiya liderlərinin Vaşinqtonda C5+1 formatı çərçivəsində bir araya gəlməsi ABŞ-ın regiona diqqətinin artdığını və qarşılıqlı əməkdaşlıq üçün yeni imkanların yarandığını göstərir. Bu təşəbbüsün mahiyyətini anlamaq üçün 2015-ci ildə, platformanın BMT Baş Assambleyasının 70-ci sessiyasında yaradıldığı dövrə nəzər salmaq lazımdır. C5+1 ilk olaraq Mərkəzi Asiya ölkələrinin vahid mövqedən çıxış etməsinə və regionun Rusiya və Çinlə münasibətlərində balansı qorumağa imkan verən əməkdaşlıq modeli kimi formalaşmışdı. İlkin sammitin Səmərqənddə keçirilməsi də bu formatın regional əhəmiyyətini təsdiqləyirdi. Vaşinqtondakı son sammitə ev sahibliyi təşəbbüsü ABŞ Konqresinin Cənubi və Mərkəzi Asiya üzrə Alt Komitəsi tərəfindən irəli sürüldü. Sidni Kamlaeger-Dov və Bill Huizenganın Prezident Trampa göndərdiyi müraciətdə C5+1-in 10 illiyi fonunda bu görüşün strateji əhəmiyyəti vurğulanırdı. Görüşün təşkilində əsli Daşkənddən olan diplomat Serxio Qorun fəal rolu olmuşdu,” deyə Janobiddinov qeyd edib.

Onun fikrincə, Sammit Mərkəzi Asiya üçün ABŞ ilə siyasi, iqtisadi və təhlükəsizlik istiqamətlərində əməkdaşlığı gücləndirmək imkanı yaratdı: “ABŞ tərəfi üçün əsas mövzulardan biri nadir torpaqlar və kritik minerallar idi, çünki region bu sahədə zəngin ehtiyatlara malikdir və bu, ABŞ-ın Çin asılılığını azaltmaq baxımından strateji əhəmiyyət daşıyır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tədbir çərçivəsində bir sıra mühüm təşəbbüslər irəli sürdü: daimi C5+1 Katibliyinin yaradılması, İnvestisiya və Ticarət Şurası, kritik minerallar üzrə xüsusi komitə, aqro-innovasiya tərəfdaşlığı və Mərkəzi Asiya mədəni irsinin ABŞ-da sərgisi kimi təşəbbüslər regional inteqrasiyaya töhfə vermək məqsədi daşıyırdı. O, növbəti sammitin Səmərqənddə keçirilməsi təklifini də səsləndirdi. Səfərdən sonra Prezident Tramp Özbəkistanın ABŞ-a üç il ərzində 35 milyard dollarlıq alqı-satqı və ümumilikdə 100 milyard dollardan artıq sərmayə yatıracağını açıqladı ki, bu da tərəflər arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 Noyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see160

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see149

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri