Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaradıb
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar.
"AzPolitika" ABŞ Dövlət Departamentinə istinadla xəbər verir ki, bu barədə noyabrın 6-da üç ölkənin hökumətləri tərəfindən yayılan birgə bəyanatda bildirilib.
Bəyanata əsasən, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan və Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov TRIPP layihəsinin irəlilədilməsi məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə start veriblər.
"Bu forum üç ölkənin siyasi qərar qəbul edən rəsmilərini və texniki mütəxəssislərini bir araya gətirərək, regionda uzunmüddətli sabitliyin təmin olunması, iqtisadi fəallığın artırılması, regional bağlantıların inkişafı və ticarət rifahının yüksəldilməsi istiqamətində birgə fəaliyyətə şərait yaradır. Bu əməkdaşlıq, eyni zamanda, Prezident Donald Trampın vasitəçiliyi ilə 2025-ci il avqustun 8-də qəbul edilmiş tarixi Sülh Sammiti Bəyannaməsinin əhəmiyyətini bir daha vurğulayır", - deyə bəyanatda bildirilir.
İlkin mərhələdə nəqliyyat və elektrik enerjisinin ötürülməsi istiqamətləri üzrə iki texniki planlaşdırma qrupunun yaradılması razılaşdırılıb.
Bildirilib ki, bu qruplar mürəkkəb texniki məsələlərin həllinə, layihənin icrasının növbəti mərhələlərinə keçidə və marşrutun digər regional infrastruktur şəbəkələri ilə əlaqələndirilməsinə xidmət edəcək.
Tərəflər TRIPP layihəsinin bütün komponentlərinin mümkün qədər qısa müddətdə həyata keçirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 07 Noyabr 2026 08:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















