Icma.az
close
up
RU
Azərbaycan Afrika ölkələrinin haqq səsinin aktiv müdafiəçisidir

Azərbaycan Afrika ölkələrinin haqq səsinin aktiv müdafiəçisidir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Afrika ölkələri ilə əlaqələrin inkişafına maraq göstərir. Ötən illər ərzində “Qara qitə” ölkələri ilə Azərbaycan arasında əlaqələr yaradılır və bu münasibətlər hər iki tərəfi maraqlandıran məsələlərdə qarşılıqlı etimada, hörmətə əsaslanır. Bu mənada Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə səfəri tarixi əhərmiyyət daşımaqla yanaşı, ikitərəfli iqtisadi-hərbi əlaqələrin inkişafına güclü təkan verəcək əlamətdar hadisə kimi qiymətləndirilir. 

Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. 

O qeyd edib ki, Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Ölkəmizin bir sıra Afrika ölkələri, o cümlədən Somali ilə diplomatik əlaqələri var. 2024-cü ildə diplomatik münasibətlərin 20 illiyi qeyd olundu. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın Afrika ölkələrilə münasibətlərinin daha da inkişaf etməsinə səbəb Bakının uğurla Qoşulmama Hərəkatına sədrlik etməsi oldu. Azərbaycanın Qoşulmama Hərəkatına dörd illik sədrliyi bu təşkilatın nüfuzunu daha da yüksəklərə qaldırdı. Bu, eyni zamanda, Azərbaycana yeni əməkdaşlıq sahələrini inkişaf etdirmək və gücləndirmək imkanı verdi. Bu istiqamətlərdən biri də Afrika qitəsidir. 
Heç kimə sirr deyil ki, Azərbaycan bu mühüm geosiyasi platformada üçüncü dünya ölkələrinə öz hüquqlarını reallaşdırmaqda dəstək verir. Beynəlxalq münasibətlərdə ədalətli yanaşmaları hər zaman müdafiə edən Azərbaycan “Qara qitə” ölkələrinin haqq səsinin aktiv müdafiəçisidir. Məhz Azərbaycan neokolonializmin çirkin simasını bütün dünyaya nümayiş etdirir və bu bəlaya qarşı mübarizənin önündə gedir.

Bu gün Bakı Afrika ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsini özünün xarici siyasət prioritetlərindən biri hesab edir. Bu baxımdan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə səfəri böyük əhəmiyyət kəsb edir. Bu, Somali Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir və onun nəticələrini çox səmərəli hesab etmək olar. Belə ki, iki ölkə arasında münasibətlərdə yeni səhifə açacaq sənədlər imzalandı. Prezident İlham Əliyevin mətbuata açıqlamasında qeyd etdiyi kimi, əldə edilmiş münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq.

Somali də Azərbaycanı mühüm strateji tərəfdaş və müttəfiq kimi görür. Prezident Həsən Şeyx Mahmudun Azərbaycana səfəri zamanı o, bu səfərin iki ölkə arasında əhəmiyyətli və strateji müttəfiqliyin başlanğıcı olduğunu vurğuladı. Onun sözlərinə görə, Somali və Azərbaycanın inkişaf, təhlükəsizlik və rifah kimi ümumi məqsədləri var. Bu səfər iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini və perspektivlərini təsdiqlədi.

Bu gün tərəflər siyasi əməkdaşlığın dərinləşməsi ilə yanaşı, iqtisadi əlaqələrin inkişafı üçün yaxşı perspektivlər görürlər. İnfrastruktur, liman qurğuları və kənd təsərrüfatı sahələrində əməkdaşlığın potensialı var. Müdafiə sahəsində də eyni sözləri demək olar. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır.

Deputat yekunda qeyd edib ki, xüsusilə qeyd edilməlidir ki, Somalinin strateji əhəmiyyəti onun coğrafi mövqeyi, təbii sərvətləri və beynəlxalq ticarət yollarına çıxışı ilə bağlıdır. Bu ölkənin xüsusilə Afrika Buynuzu bölgəsində yerləşməsi və Qırmızı dəniz ilə Hind okeanını birləşdirən kritik ticarət marşrutlarına nəzarət imkanlarının olması onun qlobal geosiyasətdə əhəmiyyətini artırır. Bu baxımdan xarici siyasət əhatəsini genişləndirən Azərbaycan üçün Somali hərtərəfli əməkdaşlıq ölkəmizin beynəlxalq aktor kimi çəkisini artırmaqla yanaşı, konkret iqtisadi və siyasi dividentlərin əldə olunmasına şərait yaradacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Fevral 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see122

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri