Icma.az
close
up
RU
Ağsaqqallar Şurasının sədr müavini 14 milyonluq dələduzluq işində dindiriləcək

Ağsaqqallar Şurasının sədr müavini 14 milyonluq dələduzluq işində dindiriləcək

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Bu gün, iyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə proses davam etdirilib.

Hakim qarşısına Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev çıxarılıb. Nofəl Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur. O, pulları qayınatası Tahir Qədəşova məxsus “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yatırdığını deyir. İbtidai istintaq zamanı “Atlant” istirahət mərkəzinin üzərinə həbs qoyulub. Bu iş üzrə Tahir Qədəşov şahid, kürəkəni Nofəl Hacıyev isə təqsirləndirilən şəxsdir. Nofəl Hacıyevlə müttəhimlər kürsüsünü şirkətin icraçı direktoru Talış Məhəmmədov bölüşüb. Ötən prosesdə şahid qismində Şahin Tapdıqov ifadə verib. O bildirib ki, Nofəl Hacıyevi tanısa da, Talış Məhəmmədovu tanımayıb. Onun sözlərinə görə zərərçəkmiş Fərhad Zəkriyevi və digər şəxsləri tanımayıb: “Mən 2018-ci ildə şirkətdən 110 kvadrat mənzil almışdım. Sonra imkanım olmadı, geri qaytarmaq üçün müraciət etdim. Əvvəlcə Nofəl müəllim bunun mümkün olmadığını dedi. Amma sonradan məni çağıraraq pulumu geri qaytardı. Mən evi heç kimə satmamışam. Mənzili qaytarmışam, Nofəl müəllim də mənə 95 min manat ödəniş edib. Mən müqaviləni geri qaytardım, pulu götürərək getdim. Mənə pul lazım idi, ona görə də evi geri qaytarmaq qərarına gəldim. Çünki pula ehtiyacım var idi, borca düşmüşdüm”.

Hakimlər heyətinin səsləndirdiyi sənədlərdən məlum olur ki, şirkət həmin mənzili 2018-ci ilin may ayında həmin mənzili Fərhad Zəkriyevə 154 min manata satıb. Bir mənzil bir ayın içində iki nəfərə müxtəlif qiymətlərə satılıb. Sonra mənzil daha bir nəfərə satılıb. Bu zərərçəkmiş Məmmədəli İsmayılovdur.

Ş. Tapdıqov məhkəmədə deyib ki, həmin şəxs onun evinə gəlib, özünü prokurorluq işçisi kimi təqdim edib, onların arasında mübahisə yaranıb. M. İsmayılov deyib ki, mənzili Ş. Tapdıqovdan 98 min manata alıb. Amma Tapdıqov israrla mənzili həmin şəxsə satmadığını, şirkətə geri qaytardığını deyib. Bu zaman onların arasında mübahisə yaranıb. Onlar bir-birini ittiham ediblər.

Sonra zərərçəkmiş Hüseyn Əliyev tərəfindən Nofəl Hacıyevə qarşı qaldırılan mülki iddia elan olunub.

O, ümumilikdə 90 min manat mülki iddia qeyd edib. Hakimlər heyəti mülki iddianı icraata qəbul ediblər. Hakim zərərçəkmiş Bayram Yusibovun nümayəndəsinin diqqətinə çatdırıb ki, müdafiə tərəfi onun dindirilməsini istəyib. Həmin şəxsin məhkəmədə hazırda iştirak etmədiyi, gəlməsə, məcburi gətirilmə qərarı çıxarıla biləcəyi vurğulanıb. Nümayəndə qeyd edib ki, Bayram Yusibovun vəziyyəti yaxşı deyil, bu səbəbdən məhkəmədə iştirak edə bilmir. Təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov isə bildirib ki, zərərçəkmişin səhhəti ilə bağlı heç bir problem yoxdur. Vəkil həmin şəxsin məcburi qaydada məhkəməyə gətirilməsini istəyib. Məhkəmə zərərçəkmiş Bayram Yusibovun və digər bir neçə şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Nofəl Hacıyev həbsdədir. O, 171 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunur. İlkin məlumatlarda bildirilirdi ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. İndi məlum olub ki, Nofəl Hacıyev həm “Təbriz” MTK-da, həm də “Atlant” Ailəvi İstirahət Mərkəzində qayınatası Tahir Qədəşovla şərikdir. Vətəndaşlardan “Təbriz” MTK üzərindən alınan pullar “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikinti və abadlaşdırılmasına yönəldilib. Belə bir halda şəriklərdən birinin həbsdə, digərinin azadlıqda qalması sual doğurur. Mənzillərinə sahib çıxa bilməyən vətəndaşlar bu baxımdan məhkəməyə müraciət ediblər. Xatırladaq ki, aparılan istintaqla “Təbriz” MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alındığı, lakin mənzillərin onlara təqdim edilmədiyi məlum olub. İstintaq zamanı MTK təsisçilərindən Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib.

Zərərçəkənlər isə “Atlant” istirahət mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qayınatası Tahir Qədəşovla birgə ələ keçirdiyini iddia edirlər. Zərərçəkənlər Tahir Qədəşovun həbsini tələb edirlər. Nofəl Hacıyev məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti “Atlant” istirahət Mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib. Bildirib ki, “Atlant”ın genişləndirilməsi ilə bağlı şəriki olan qayınatasının təkidi ilə “Təbriz” MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib. “Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, camaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var. “Atlant” maksimum xidmət göstərən böyük bir kompleksdir.

Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 24 İyul 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri