Icma.az
close
up
RU
Azərbaycan alimi beynəlxalq elmi müsabiqənin qalibi olub

Azərbaycan alimi beynəlxalq elmi müsabiqənin qalibi olub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 14 aprel, AZƏRTAC

Milli Azərbaycan Tarix Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Əli Fərhadov Qazaxıstanın Milli Elmi və İnnovativ Tədqiqatlar Akademiyası (NACSIR) tərəfindən elm və təhsil müəssisələri arasında təşkil olunan "İlin ən yaxşı tədqiqatçısı – 2026" beynəlxalq müsabiqəsinin qalibi seçilərək I dərəcəli diplomla təltif edilib.

AZƏRTAC xəbər verir ki, Ə.Fərhadov Astanada çıxan nüfuzlu "Science and Education: Modern Time" beynəlxalq elmi jurnalında yer alan tədqiqat işinə görə bu mükafata layiq görülüb. Rus dilində dərc olunan məqalə "V.V.Bartoldun yaradıcılığında türk-İslam tarixinə baxış ("Müsəlman mədəniyyəti" əsəri əsasında)" mövzusuna həsr edilib. Tədqiqat işində İslam mədəniyyətinin ərəb, fars və türk xalqlarının birgə yaradıcılığının məhsulu olduğu sübut edilir. Avropa tarixşünaslığındakı mənfi stereotiplər təkzib olunaraq, türklərin Abbasilər dövründən başlayaraq İslam sivilizasiyasındakı qurucu və hərbi-inzibati rolu ön plana çıxarılır. Məqalədə Əl-Fərabi, İbn Sina, Nəsirəddin Tusi, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Əlişir Nəvai kimi dahi şəxsiyyətlərin dünya elminə və ədəbiyyatına töhfələri təhlil edilir. Həmçinin Səlcuqlu, Teymuri, Osmanlı, Baburlu və Səfəvilər kimi dövlətlərinin regionda siyasi sabitlik və mədəni yüksəlişdəki rolu elmi əsaslarla şərh olunur. Araşdırmada türkiyəli alim Mehmed Fuad Köprülünün Bartold yaradıcılığına baxışı xüsusi təqdim edilib.

Qeyd edək ki, Ə.Fərhadovun bu tədqiqat işi Azərbaycan tarix elminin beynəlxalq arenada təbliği və türk-İslam mədəniyyətinin düzgün interpretasiyası baxımından böyük əhəmiyyət kəsb edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Aprel 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri