Icma.az
close
up
RU
Azərbaycan alimləri Moldovada üzümçülük müzakirəsində

Azərbaycan alimləri Moldovada üzümçülük müzakirəsində

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Moldovanın Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyi yanında fəaliyyət göstərən Üzüm və Şərab üzrə Milli Ofisin təşkilatçılığı ilə Kişineu şəhərində “Üzüm tingçiliyində adaptasiya üçün texnoloji həllər – şərab sektorunun dayanıqlılığı və iqlim dəyişikliklərinə davamlılığı üçün strateji amil” mövzusunda beynəlxalq seminar keçirilib. Toplantıda Azərbaycanı Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov və İnformasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsinin müdiri Aynurə Quliyeva təmsil ediblər.

Moldova, Azərbaycan, Serbiya, Ukrayna və digər ölkələrdən dövlət qurumlarının nümayəndələrinin, alimlərin, beynəlxalq ekspertlərin, üzüm tingi istehsalçılarının, tingçilik təsərrüfatlarının və şərabçılıq sektorunun nümayəndələrinin iştirak etdikləri seminarda üzüm tingçiliyinin inkişafı, sertifikatlı əkin materialının istehsalı, iqlim dəyişikliklərinə adaptasiya və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Toplantıda Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndələri ölkəmizdə üzümçülük və tingçilik sahəsində həyata keçirilən elmi-tədqiqat işlərini əks etdirən təqdimatlarla çıxış ediblər. Təqdimatlarda Azərbaycanın zəngin üzüm genofondu, yerli üzüm sortlarının ampeloqrafik və molekulyar identifikasiyası, iqlim dəyişikliklərinə adaptasiya istiqamətində aparılan tədqiqatlar, müasir tingçilik sistemlərinin inkişafı, sertifikatlı əkin materialı istehsalı, beynəlxalq əməkdaşlıq layihələri və innovativ yanaşmalar barədə ətraflı məlumat verilib.

Ölkəmizin bu sahədə əldə etdiyi elmi nəticələr seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Müzakirələr zamanı molekulyar-bioloji tədqiqatlar, ampeloqrafik və genetik analizlər, sertifikatlı ting istehsalı, beynəlxalq elmi layihələr, birgə elmi məqalələrin hazırlanması və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Seminar beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıqların qurulması və Azərbaycanın üzümçülük və şərabçılıq sahəsində əldə etdiyi elmi nailiyyətlərinin beynəlxalq səviyyədə təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 İyul 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri