Icma.az
close
up
RU
Azərbaycan alimləri niyə heç nə kəşf etmir?

Azərbaycan alimləri niyə heç nə kəşf etmir?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Azərbaycan elminin gəncləşməyə böyük ehtiyacı var”. 

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, akademik dürüstlük olarsa, akademik nailiyyətlər də daha yaxşı olacaq: 

“Dürüst insan başqasının əməyini oğurlayıb öz əməyi kimi təqdim etmirsə, bu, çox böyük akademik nailiyyətdir. Elm sahəsində dövlət tərəfindən həqiqətən də bir neçə vacib addımlar atılıb. 

Hazırda xaricdə 280-ə qədər azərbaycanlı dünyanın aparıcı universitetində doktorantura təhsili alır. Hər il 500 gənc xaricdə təhsilə göndərilir. Bu il 20 faizə qədər gəncin doktorantura təhsili üçün xaricə göndərilməsi maliyyələşdiriləcək. Bu, o deməkdir ki, xaricdə təhsil alan doktorantların sayı artacaq”.

Bu gün xaricdə təhsil almış gənc alimlərimizlə yanaşı, AMEA-da bir sıra yaşlı nəsil alimlərimiz də fəaliyyət göstərir. Bəs yaşından asılı olmayaraq, onlar hansısa yeni kəşflərə, yeniliklərə imza atırlar?   

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov “Cebheinfo.az”-a bildirib ki, elmdə hazırda kifayət qədər gənc, orta yaş, yaşlı insanlar var: 

“Ancaq söhbət elmdə yaradılan mühitdən gedir. Elmə müxtəlif yaşdan olan insanları da gətirmək olar. Lakin elmin inkişafına heç bir aidiyyəti olmayacaq. Çünki gənclər də eyni mühitə düşür və orada fəaliyyət göstərirlər. Son vaxtlar elm və təhsil naziri bu istiqamətdə açıqlamalar verir. 

Ancaq bütün bunlar hələ söz olaraq qalır. Elm və təhsildə vəziyyət getdikcə pisləşir. Mən sübut edə bilərəm ki, elmin, müdafiə olunan dissertasiyaların vəziyyəti necədir. Bu vəziyyətin düzəlmə ehtimalı var, ya yoxdur?  Sadəcə, bu istiqamətdə açıqlamalar verməyin elmin inkişafı ilə heç bir əlaqəsi yoxdur. Məsələni həll etmək üçün konkret addımlar atılmalıdır. Bu gün qloballaşan dünyada xaricdə təhsillə daxildə təhsilin heç bir fərqi yoxdur.  Biz gedib Lerik dağlarında, yaxud hər hansı ucqar bölgədə otura, çox gözəl alim kimi yetişə bilərik. 

Çünki indi internet əlimizin altındadır, bütün kitablar əlçatandır.

XIX əsrdə xaricdə təhsillə razılaşmaq olardı, bu gün buna nə ehtiyac var? Bu gün alim kimi yetişmək üçün məkan dəyişməyə lüzum yoxdur. Gedib Oksford universitetində dilçilik oxuyanda daha böyük alim olmur. Ölkədə ən ucqar bölgədə belə alim yetişə bilər. Yetər ki, şərait, mühit yaransın və bu da özümüzdən asılıdır. Nazir bir dəfə də bildirmişdi ki, elmi dərəcə, titullara görə pul verilməməlidir. 

Mən bu fikirlə razıyam. Desək ki, dövlət bu sahəyə maliyyə ayırmır, bu yalnışdır. Buraya milyardlarla ayrılsa da, xeyri yoxdur".  O bildirib ki, elm və təhsil sistemində mexanizm düzgün qurulmayıb:"Bu gün alimlər deyirlər ki, maaş azdır. Ancaq bu, heç  məntiqli deyil. Çünki 700-800 manat maaş alan alimlər var ki, hərtərəfli təmin olunublar. Bu, elmə və dövlətin elmi potensialına ziyan vurmaqla baş verib”. 

Alim saxta dissertasiya şəbəkələrinin fəaliyyət göstərdiyini iddia edir:

“Bildirilir ki, antiplagiat proqramı çıxarılıb, bunun vasitəsilə plagiatı təyin edirlər. Ancaq bu absurddur. Kiminsə cəzalandırıldığını da eşitməmişik. Mühit elədir ki, onlarda nəsə kəşf etməyə maraq yoxdur. Onlar pul qazanmağa maraq göstərirlər. 

Saxta dissertasiyalar ardınca qaçırlar. Bu fəaliyyət də onların çoxuna sərf edir. Ona görə də onların aztəminatlı yaşamağa dözümü yoxdur. Yeniliyi ancaq sözdə gözləmək olar. Akademiyanın iclaslarında bu sözlər işlədilib. Mərhələlərin hamısı belə keçir.

Gəncləri də özləri kimi öyrədirlər, gətirirlər, bir neçə aydan sonra öz qəliblərinə salırlar. Ümid olardı ki, gəncdir, xaricdə oxuyub, diplom alıb gəlib, ancaq o da dərhal axarın içinə düşür”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri