Azərbaycan aşıq sənətinə yeni baxış
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Filologiya üzrə elmlər doktoru professor Xatirə Bəşirlinin uzun illər üzərində çalışdığı “Azərbaycan aşıq ədəbiyyatının nəzəri problemləri” adlı kitab işıq üzü görüb. Müəllifin aşıq sənəti ilə bağlı tədqiqatlarının yer aldığı kitabda Azərbaycan mədəniyyətinin onurğa sütunu olan aşıq ədəbiyyatı yeni bir müstəvidə təhlil olunur. Monoqrafiyada tədqiqatçı sazın və sözün sirlərini folklor, tarix və sosial antropologiyanın kəsişməsində araşdırır.
Kitabda müəllif Azərbaycan aşıq sənətini ənənəvi filoloji yanaşma müstəvisindən çıxararaq onu multidissiplinar bir baxış bucağından tədqiq edir. Aşıq ədəbiyyatı sadəcə folklor nümunəsi kimi deyil, həm də sosial-mədəni bir fenomen kimi nəzərdən keçirilir.
Əsər aşıq sənəti irsinin köklərini dərindən anlamaq istəyən mütəxəssislər, folklorşünaslar və kulturoloqlar üçün dəyərli bir mənbədir.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 26 Dekabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















