Icma.az
close
up
RU
“Eskizdən xalçaya”: Azərbaycan xalça sənətinə müasir baxış

“Eskizdən xalçaya”: Azərbaycan xalça sənətinə müasir baxış

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 23 iyun, AZƏRTAC

İyunun 23-də “Azərxalça” ASC-nin İçərişəhərdə yerləşən yeni sərgi və nümayiş salonunda Azərbaycanın Əməkdar rəssamı Faiq Əhmədlə əməkdaşlıq çərçivəsində ərsəyə gələn “Eskizdən xalçaya” adlı yeni kolleksiyanın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov yeni sərgi və nümayiş salonunun yaradılmasında əsas məqsədin ziyarətçiləri şirkətin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələrlə daha yaxından tanış etmək olduğunu söyləyib.

Yeni məkanın məhz İçərişəhərdə fəaliyyətə başlamasının xüsusi əhəmiyyət daşıdığını vurğulayan E.Məmmədov layihənin ərsəyə gəlməsinə göstərilən dəstəyə görə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyinə təşəkkürünü ifadə edib.

E.Məmmədov qeyd edib ki, layihənin əsas məqsədi ənənəvi Azərbaycan xalçaçılıq sənətini müasir incəsənətlə birləşdirərək yeni və fərqli yaradıcılıq nümunələri yaratmaqdır. Son illər Azərbaycan müasir incəsənətinin beynəlxalq miqyasda tanıdılması istiqamətində mühüm addımlar atılıb və bu prosesdə gənc rəssamların yetişməsi xüsusi rol oynayıb.

“Vaxtilə gənc rəssam kimi fəaliyyətə başlayan sənətkarlarımızın bir çoxu bu gün dünya səviyyəsində tanınır. Faiq Əhməd də həmin sənətkarlardandır. Onun əsərləri nüfuzlu beynəlxalq qalereyalarda nümayiş olunur və böyük maraqla qarşılanır”, – deyə E.Məmmədov bildirib.

Daha sonra çıxış edən Əməkdar rəssam Faiq Əhməd qeyd edib ki, kolleksiyanın əsas ideyası hər bir sənət əsərinin başlanğıcında dayanan eskizin və yaradıcı düşüncənin əhəmiyyətini nümayiş etdirməkdir.

“İstənilən əsər yaranmazdan əvvəl onun arxasında bir fikir və təsəvvür dayanır. Eskiz həmin ideyanın ilk ifadəsidir. Adətən bu mərhələ tamaşaçıdan gizli qalır, lakin əslində əsərin ən vacib hissələrindən biridir. Tam formalaşmış sənət nümunəsindən əvvəl məhz yaradıcı düşüncə mövcud olur. Bu layihədə də həmin mərhələyə xüsusi diqqət yetirməyə çalışmışıq”, – deyə rəssam bildirib.

Məhdud sayda istehsal olunan kolleksiyaya hər birindən 10 ədəd olmaqla 7 məxsusi xalça daxildir. Azərbaycanın qədim xalçaçılıq məktəblərinə, xüsusilə Quba və Qərbi Azərbaycan bölgələrinə məxsus xalça nümunələri əsasında hazırlanan “Turquoise, Göyçəli”, “Midnight, Qonaqkənd”, “Spring, Göyçəli”, “Rose, Göyçəli”, “Ink, Göyçəli”, “Crystal, Göyçəli” və “Magenta, Qonaqkənd” adlı xalçalar yun və ipək sapların qarışığından toxunub.

Yeni üslubda hazırlanan xalçalar Əməkdar rəssamın ideyaları əsasında “Azərxalça” ASC-nin yaradıcı qrupu ilə birgə ərsəyə gətirilib. Əsərlərdəki vizual effektlər rəqəmsal proqramlar vasitəsilə yaradılsa da, xalçalar qədim toxuculuq ənənələrinə sadiq qalınaraq “Azərxalça”nın ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən emalatxanalarında təcrübəli toxucu qadınlar tərəfindən əl ilə toxunur.

Faiq Əhməd yaradıcılığında ənənəvi xalça motivlərini rəqəmsal təhriflər, optik illüziyalar, ərimə effektləri və piksel elementləri ilə birləşdirir. Bu kolleksiyada da xalçaların bir hissəsi klassik kompozisiyanı qoruyub saxlayır, digər hissəsi isə müasir bədii interpretasiya ilə tamamlanır.

Qeyd edək ki, Faiq Əhməd 2026-cı ildə keçirilən 61-ci Venesiya İncəsənət Biennalesində Azərbaycanı fərdi layihə ilə rəsmi şəkildə təmsil edən ilk azərbaycanlı sənətkardır. Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılan milli pavilyonda sənətkarın “Diqqət” adlı multimedia layihəsi nümayiş etdirilib.

Müxbir - Günel Alıyeva

Fotomüxbir - Azər İbrahimov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2026 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri