Icma.az
close
up
RU
Azərbaycan Avropa İnvestisiya Bankının maliyyə tərəfdaşıdır

Azərbaycan Avropa İnvestisiya Bankının maliyyə tərəfdaşıdır

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İnvestisiya Bankının (EİB) Azərbaycana investisiyalarının ümumi həcmi, təxminən, 80 milyon avro təşkil edir. Bu barədə bankdan məlumat verilib. Bildirilib ki, 2024-cü ilin dekabr ayında “EIB Global” dövlət xidmətlərinin rəqəmsal infrastrukturunun inkişafı üçün 43 milyon avro məbləğində kredit sazişi imzalayıb. Vəsait “AzInTelecom” dövlət şirkətinə 2 müasir data mərkəzinin tikintisi üçün ayrılıb.

Bu kredit “EIB Global”ın Azərbaycanın dövlət sektoruna ayırdığı ilk vəsaitdir. Layihə dövlət məlumatlarının və xidmətlərinin daha təhlükəsiz, sürətli və əlçatan olmasını təmin etmək məqsədi daşıyır. Planlaşdırılan data mərkəzləri bulud xidmətləri təqdim edəcək. Bundan əlavə, EIB ölkəmizdə dəmir yolu nəqliyyatının təhlükəsizliyinin və etibarlılığının artırılmasına dəstək üzrə 10 aylıq işi tamamlayıb.

Bununla yanaşı, EIB Azərbaycanın yaşıl keçidinə dəstəklə yanaşı, ötən il ölkədə mikro, kiçik və orta müəssisələrə kömək məqsədilə “Bank Respublika” ilə 10 milyon avro məbləğində kredit sazişi imzalayıb. Avropa İnvestisiya Bankının bununla bağlı açıqlamasında bildirilib ki, artıq tam həcmdə istifadə edilmiş bu kredit kiçik biznesə, həm də milli valyutada güzəştli maliyyələşdirmə təqdim edərək maliyyə inklüzivliyinə töhfə verir, investisiyaları, iqtisadi artımı və iş yerlərinin yaradılmasını stimullaşdırır. “Biz müvafiq maraqlı tərəflərlə fəal dialoqdayıq və ölkədə Avropa İttifaqı siyasətinə uyğun olaraq əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırırıq”, – deyə məlumatda qeyd olunub.

Avropa İttifaqının İqtisadi və İnvestisiya Planı çərçivəsində Azərbaycanın dayanıqlı inkişafına yardım etməyi hədəfləyən EİB buna uyğun olaraq ölkəmizin “yaşıl iqtisadiyyat”a keçidini dəstəkləməyə hazır olduğunu bəyan edib. Bankın bununla bağlı prioritetlərinə “təmiz enerji”yə, dayanıqlı nəqliyyata, rəqəmsallaşmaya, eləcə də kiçik və orta müəssisələr üçün maliyyələşdirməyə çıxışın genişləndirilməsinə investisiyaların yatırılması daxildir. Avropa İnvestisiya Bankından bildirilib ki, Azərbaycanda qarşılıqlı fəaliyyətin əsas istiqamətləri enerjinin şaxələndirilməsi, nəqliyyat infrastrukturunun modernləşdirilməsi və daha dayanıqlı iqtisadi modellərə keçid sahəsindəki layihələr olaraq qalır.

Bir məqamı da qeyd edək ki, Avropa İttifaqının maliyyələşdirdiyi və EIB-in JASPERS məsləhət proqramının idarə etdiyi EPIC təşəbbüsü nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi istiqamətində “Şərq Tərəfdaşlığı” ölkələrinə ödənişsiz texniki yardım təklif edir. Bu proqram Avropa Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bu sahədə dəstək dəmir yolu, avtomobil, dəniz, hava və multimodal kimi bütün nəqliyyat növlərini əhatə edir. Diqqət mərkəzində dar boğazların aradan qaldırılması, daşınma vaxtı və xərclərinin azaldılması, infrastrukturun iqlim dəyişikliklərinə uyğunlaşdırılması, ekoloji və sosial-iqtisadi nəticələrə nail olmaqdır.

Bu arada, Avropa İnvestisiya Bankı ölkəmizdə dəmir yolu infrastrukturunun səmərəliliyini və təhlükəsizliyini artırmaq üçün konsultativ layihəni başa çatdırıb. Bu istiqamətdə işlər “Şərq Tərəfdaşlığı” ölkələrində nəqliyyat əlaqəliliyinə investisiya üzrə Aİ Təşəbbüsü çərçivəsində aparılıb. Layihənin nəticələrinə əsasən, EIB “Azərbaycan Dəmir Yolları” QSC-yə istismar təhlükəsizliyinin artırılması, səyahət vaxtının, əməliyyat xərclərinin və istixana qazı emissiyalarının azaldılması kimi bir sıra mühüm tövsiyələr təqdim edib.

Bankdan verilən məlumata əsasən, layihənin icrası zamanı əsas diqqət Bakı – Böyük Kəsik marşrutu üzrə dəmir yolu keçidlərində təhlükəsizlik səviyyəsinin artırılmasına yönəldilib. 503 kilometrlik marşrut Bakı şəhərini və Ələt qəsəbəsi yaxınlığında yerləşən Dəniz Ticarət Limanını Gürcüstanın dəmir yolu şəbəkəsi ilə birləşdirərək Qara dənizə çıxışı təmin edir. Bu marşrut Azərbaycanda TEN-T (Trans-Avropa Nəqliyyat Şəbəkələri) şəbəkəsinin bir hissəsidir və Orta Dəhliz boyunca yük daşımaları üçün mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Avropa İnvestisiya Bankı 1958-ci ildə Roma Anlaşması ilə Avropa İttifaqının hədəflərinin həyata keçirilməsinə dəstək göstərərək investisiyanı maliyyələşdirmək məqsədilə yaradılıb. Avropa İttifaqının üzv dövlətlərinə məxsus olan və uzunmüddətli kreditlər verən bankın əsas məqsədlərinə – infrastrukturun inkişafı, innovasiyalar, ətraf mühitin qorunması, kiçik və orta biznesin dəstəklənməsinə yönəlmiş investisiya layihələrinin həyata keçirilməsi üçün uzunmüddətli kreditlər təqdim edilməsi daxildir.

Bankın ixtisaslaşmış bölməsi olan “EIB Global” isə beynəlxalq tərəfdaşlıq və dayanıqlı inkişafın maliyyələşdirilməsi ilə məşğul olan ixtisaslaşmış qurumdur. Onun prioritetlərinə “Avropa Yaşıl Kursu”nun, “Global Gateway” təşəbbüsünün həyata keçirilməsi, eləcə də inklüziv iqtisadi artımın və iş yerlərinin yaradılmasının dəstəklənməsi daxildir. “EIB Global” ölkəmizdə enerji mənbələrinin şaxələndirilməsinə və dəmir yolu dəhlizləri kimi strateji əhəmiyyətli infrastrukturların modernləşdirilməsinə xüsusi diqqət göstərir, eləcə də dayanıqlı və inklüziv iqtisadi inkişafı dəstəkləyir. Qurumun ixtisaslaşmış bölməsi əməkdaşlığın perspektiv istiqamətlərini müəyyən etmək üçün ölkəmizlə müntəzəm məsləhətləşmələr aparır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri