Pərviz Şahbazov Avropa İnvestisiya Bankının (AİB) vitseprezidenti ilə görüşüb
Icma.az, Operativmedia portalına istinadən məlumatı açıqlayır.
Energetika naziri Pərviz Şahbazov Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Tereza Çervinska ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.
"COP29-da iştirak məqsədilə Azərbaycanda səfərdə olan Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Tereza Çervinska ilə ölkəmizin YaşılEnerjiKeçidi istiqamətində həyata keçirdiyi və planlaşdırdığı milli və beynəlxalq əhəmiyyətli layihələr barədə fikir mübadiləsi apardıq. YaşılEnerji dəhlizləri, enerji şəbəkələri, hidrogen və enerji səmərəliliyi sahələrində Bankla investisiya əməkdaşlığı imkanlarını dəyərləndirdik. AİB, Azərbaycanla “yaşıl enerji” tərəfdaşlığında maraqlıdır",- deyə paylaşımda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 11 Noyabr 2024 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















