Icma.az
close
up
RU
Allahşükür Paşazadə Romada Əl Əzhər şeyxi ilə görüşdü

Allahşükür Paşazadə Romada Əl Əzhər şeyxi ilə görüşdü

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İtaliyaya səfəri çərçivəsində bu ölkədə səfərdə olan Misirin Əl-Əzhər dini qurumunun böyük imamı, Müsəlman Ağsaqqallar Şurasının sədri, Əl-Əzhər şeyxi Əhməd Əl-Tayyib ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Əl-Əzhər şeyxi Əhməd Əl-Tayyib Azərbaycanın həm məzhəblərarası birlik, həm də dinlərarası ahəng və harmoniya baxımından Müsəlman Ağsaqqallar Şurası, eləcə də bütövlükdə İslam aləmi üçün çox gözəl örnək olduğunu bildirib. Qeyd edib ki, buna görə də Azərbaycan hər zaman Əl-Əzhərin və Müsəlman Ağsaqqallar Şurasının diqqət mərkəzindədir.

Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bu ilin fevralında Bəhreynin paytaxtı Manamada keçirilən İslamdaxili Dialoq Konfransının yekununda qəbul edilmiş “Qiblə Əhlinə Çağırış” sənədi Qafqaz Müsəlmanları İdarəsi tərəfindən kitab şəklində 4 dildə nəşr olunub. O, kitabların bir neçə nüsxəsini Əhməd Əl-Tayyibə təqdim edib.

Əl-Əzhərin böyük imamı nəşrləri məmnuniyyətlə və minnətdarlıqla qəbul edərək deyib ki, Azərbaycan məzhəblərarası birlik məsələsində liderlik edir və bir nümunədir.

Qeyd olunub ki, kitab Azərbaycan, ərəb, ingilis və rus dillərində çap olunmaqla bu sənədin Qafqaz regionunda, Mərkəzi Asiyada, MDB-də və bütövlükdə dünyada yayılması məqsədi daşıyır. Bu iş Qafqaz Müsəlmanları İdarəsi, xüsusilə də şeyxülislam Allahşükür Paşazadə timsalında həyata keçirilir. QMİ-nin sədri bu yaxınlarda ABŞ-da səfərdə olarkən həmin kitabları dini xadimlərə və ictimaiyyət nümayəndələrinə təqdim edib.

Şeyxülislam Allahşükür Paşazadə Əl-Əzhər şeyxi Əhməd Əl-Tayyibin diqqətinə çatdırıb ki, Azərbaycanın gələn il ev sahibliyi edəcəyi İslam Əməkdaşlığı Təşkilatının Zirvə Görüşü ərəfəsində Qafqaz Müsəlmanları İdarəsi ilə Müsəlman Ağsaqqalları Şurasının həmtəşkilatçılığı və digər təşkilatların iştirakı ilə müxtəlif ölkələrin dini liderlərinin növbəti konfransı keçirəcək. Konfransda islamdaxili dialoq və islamofobiya ilə mübarizə məsələləri əsas müzakirə mövzusu olacaq.

Bildirilib ki, şeyxülislam Allahşükür Paşazadə tərəfindən Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT Baş katibinin müavini Migel Anxel Moratinos bu konfransa dəvət olunub.

Əl-Əzhər şeyxi öz növbəsində, konfransın birgə təşkil olunması təklifini bir daha təsdiq edib və razılığını bildirib, tədbirdə şəxsən iştirak etmək niyyətində olduğunu qeyd edib. O, Azərbaycana və şəxsən Prezident İlham Əliyevə böyük rəğbət bəslədiyini, ölkəmizə yenidən səfər etməyi səbirsizliklə gözlədiyini vurğulayıb.

Əhməd Əl-Tayyib deyib ki, Azərbaycan Prezidentinin bu konfransın keçirilməsinə xeyir-dua verməsi onun üçün çox vacibdir, dünya liderləri arasında dövlətimizin başçısı İlham Əliyevə çox dəyər verir və dərin hörmət bəsləyir.

Görüşdə vurğulanıb ki, qarşıdakı aylarda konfransa hazırlıqla bağlı QMİ və Müsəlman Ağsaqqallar Şurası tərəfindən təşkilati işlərə başlanacaq. Tərəflər, həmçinin iki dini qurum arasında əməkdaşlığın uğurla davam etdirildiyini məmnuniyyətlə vurğulayıb, gələcək planlar ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, “Qiblə Əhlinə Çağırış” sənədi tərtib olunarkən multikulturalizm ölkəsi olaraq Azərbaycanın məzhəblərarası, dinlərarası birlik və anlaşma modeli nümunə kimi götürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Oktyabr 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see332

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see311

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see289

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see282

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see237

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see228

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see224

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see219

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see218

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see212

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see172

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see165

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see163

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see162

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri