Azərbaycan Avropada liderlər sırasındadır İlk iki mərhələdə 2,625 əmsal
Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan avrokubokların ilk iki təsnifat mərhələsində bonuslar nəzərə alınmadan ən çox reytinq əmsalı qazanan iki ölkədən biri olub.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz bu mərhələlərdə keçirdikləri 14 oyunda 9 qələbə qazanıb, 3 heç-heçə edib və 2 dəfə məğlub olublar.
Bu nəticələr Azərbaycanın UEFA reytinqinə 2,625 əmsal əlavə edib. Eyni göstəriciyə yalnız Latviya malikdir. Bonuslar da nəzərə alındıqda Azərbaycan və Latviya mövsüm üzrə 6-7-ci yerləri bölüşür.
İspaniya 3,750, Almaniya və İtaliya 3,428, İngiltərə isə 3,333 əmsalla daha yüksək pillələrdə qərarlaşıb. Bu ölkələr birbaşa Liqa mərhələsində çıxış edən klublarına görə bonus xalları əldə ediblər. Portuqaliyanın qazandığı 3,000 əmsalın 0,600-ü təsnifat oyunlarının, 2,400-ü isə bonusların payına düşüb.
Bonuslar nəzərə alınmadan ən çox əmsal qazanan ölkələr:
1-2. Azərbaycan – 2,625
1-2. Latviya – 2,625
3. Estoniya – 2,500
4. Finlandiya – 2,125
5. Lixtenşteyn – 2,000
Azərbaycan klublarının ölkə reytinqinə töhfəsi:
“Sabah” – 1,000
“Qarabağ” – 0,750
“Zirə” – 0,625
“Neftçi” – 0,250
Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasında mübarizəni davam etdirir. “Qarabağ” UEFA Avropa Liqasından Konfrans Liqasına keçib, “Zirə” və “Neftçi” isə avrokuboklarla vidalaşıb.
Bu klub Xankəndinə qayıdır - RƏSMİ "Sabah" – "Orhus" matçında portuqaliyalı hakim Füzuli Məmmədov: “Neftçi” mərhələni keçəcək potensiala malikdir” Abşeronda ağır qəza: Futbolçular öldü Maluda “Sabah”la vidalaşdı: “Böyük şərəf idi”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 31 İyul 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















