Icma.az
close
up
RU
Azərbaycan avtomobil bazarında etibarsızlıq dalğası: Alıcı davranışları necə dəyişir?

Azərbaycan avtomobil bazarında etibarsızlıq dalğası: Alıcı davranışları necə dəyişir?

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Son aylar Azərbaycanda avtomobil bazarında həm qiymət artımı, həm də psixoloji gərginlik hiss olunur. Avtosfer.az məlumat verir ki, bunu "Report"a açıqlamasında "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib.

Onun sözlərinə görə, alıcı davranışlarında tərəddüd, satıcılarda isə qeyri-müəyyən gözləntilər formalaşıb.

"Vergi Məcəlləsində 2026-cı ildən hibrid və elektrik avtomobilləri üçün yeni qaydaların tətbiq olunub-olunmayacağı barədə rəsmi açıqlamanın hələ verilməməsi də bazara təzyiqi artıran əsas amillərdən biridir. Rəsmi dilerlər qiymətləri sabit saxlayır, qeyri-rəsmi bazarın iştirakçıları isə qiymətləri süni şəkildə artırır. Hazırda onların arasında 1 500–2 000 manat qiymət fərqi müşahidə olunur. Amma qeyri-rəsmi satıcıların böyük hissəsinin əlində real avtomobil yoxdur. "Maşın yoldadır, ilin sonuna çatacaq" kimi vədlər verilir", – deyə AADA sədri qeyd edib.

Onun sözlərinə görə, bu, son illərdə ən çox rast gəlinən bazar manipulyasiyalarından biridir:

"Satıcılar mövcud avtomobil çatışmazlığından istifadə edərək süni gözlənti yaradır, qiymətləri artırır və alıcının psixologiyasına təsir etməyə çalışırlar. Xüsusilə son aylarda alıcıların şəxsi vəsait itkiləri ilə bağlı şikayətləri artıb. Odur ki, vətəndaşlar hər kəsdən maşın almağa tələsməsinlər. Pulların alınması, avtomobilin isə gecikdirilməsi halları çoxalıb. İndiki vəziyyətdə ən böyük risk – etibarsız mənbələrdən alış-verişdir".

Ekspert həmçinin bildirib ki, bazarda tərəddüdün ən ciddi səbəbi etibarsızlıqdır:

"İnsanlar daha ucuz avtomobil almaq üçün qeyri-rəsmi satıcılara yönəlir, lakin nəticədə həm pul, həm də vaxt itkisi ilə qarşılaşırlar".

Onun fikrincə, elektrik avtomobillərinə ƏDV tətbiqi edilməsi düzgün qərar olmazdı:

"Çünki hibrid maşınların qiyməti qalxarsa, insanlar elektrikli avtomobilləri seçəcəklər. Amma bu avtomobillərin ölkəyə gətirilməsi hələ də azdır. Vergi güzəştləri elektrik və hibrid avtomobillərinə keçidin əsas motivasiya mexanizmidir. Bu stimulu zəiflətmək bazarı yenidən benzinlə çalışan köhnə avtomobillərin ixtiyarına qaytara bilər".

E. Əliyevin sözlərinə görə, ölkədə elektrik avtomobilləri üçün infrastruktur genişlənməkdədir: "Bakı, regionlar və işğaldan azad edilmiş ərazilərdə yeni şarj məntəqələrinin açılması bu prosesin davamlı olduğunu göstərir. Elektrik avtomobillərinin sayı az olsa da, həm dövlət, həm də özəl sektor şarj stansiyalarının artırılması üçün ciddi addımlar atır. Lakin qiymət artımı bu marağı ciddi şəkildə azalda bilər. Güzəştlərin ləğvi və qiymət artımı bazarda köhnə ikinci əl avtomobillərin yenidən kütləvi şəkildə üstünlük qazanmasına səbəb ola bilər. Çünki, vergi olsa elektrik və hibrid maşınlara tələb azalacaq. Nəticədə bazar yenidən köhnə ikinci əl avtomobillərin "at oynatdığı" dövrə qayıda bilər. Bu, həm ekoloji, həm də texniki baxımdan geriyə addım olardı. Çünki ikinci əl avtomobillərin əksəriyyəti həm yüksək yanacaq sərfiyyatına, həm də əlavə ekoloji yüklənməyə səbəb olur".

E.Əliyev Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan 2030: Milli Prioritetlər" sənədinin ölkənin yaşıl nəqliyyat modelinə keçidini prioritet elan etdiyini xatırladır:

"Milli prioritetlərin 5-ci bəndi – "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" – elektrik avtomobillərinə güzəştlərin davam etməsini zəruri edir. Güzəştlər həm dövlət siyasətinə uyğundur, həm də vətəndaşların ekoloji nəqliyyata marağını artırır".

O, əlavə edib ki, bu mərhələdə atılacaq addımlar həm ekoloji siyasətə, həm bazar tarazlığına, həm də istehlakçı davranışlarına uzunmüddətli təsir göstərəcək:

"Güzəştlərin davam etdirilməsi, rəsmi dilerlərin dəstəklənməsi və qeyri-rəsmi bazarın nəzarətə götürülməsi sektoru sabitləşdirmək üçün zəruri görünür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Noyabr 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri