Icma.az
close
up
RU
“Azərbaycan Avtomobil Evi”ndə qüsurlu “Changan” iddiası

“Azərbaycan Avtomobil Evi”ndə qüsurlu “Changan” iddiası

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Avtomobil Evi”ndən “Changan Asvin” markalı avtomobil alan müştəri peşman olub.

Avtosfer.az “Tribuna.az”a istinadla xəbər verir ki, bu barədə şikayətçi İbrahimov Vüqar Tərlan oğlu Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynova məlumat verib. Şikayətçi qeyd edib ki, aldığı avtomobildə heç bir həftə keçməmiş problemlər meydana çıxıb.

O avtomobili dəyişmək və ya qaytarmaq istəsə də “Azərbaycan Avtomobil Evi” ona kömək etməyib:

“2025 ci ilin oktyabr ayında Babək 74 ünvanında yerləşən “Azərbaycan Avtomabil Evi”nə müraciət etdim. Mənə oranın əməkdaşı İlqar bəy dəyəri 25900 AZN olan “Çanqan Asvin” avtomobilini çox təriflədi və almağı məsləhət gördü. Bu avtomabilə görə (1278 AZN) min iki yüz yetmiş səkkiz manat ödədim və aramızda avtomabili almaq üçün müqavilə bağlandı. Ödədiyim pul üçün mənə verilən maliyyə sənədinin sonradan qeri-rəsmi bir sənəd olduğunu öyrəndim. 7 oktyabr 2025-ci ildə avtomabili götürdüm və 7-8 gün ərzində maşında sıra ilə müxtəlif texniki qüsurlar meydana çıxdı. İlqar bəylə əlaqə saxladım, maşında qüsurlar oldugunu bildirdib, tələb etdim ki, ya qüsurlar aradan qaldırılsın, ya da mal geri qaytarılıb, müaviləyə xitam verilsin. 10 noyabr tarixində maşını Əhməd Rəcəbli küçəsində yerləşən Azərbaycan Avtomabil Evi”nin servisinə təhvil verdim. Maşını məndən təhvil götürəndən sonra mənə bildirdilər ki, iki gün ərzində sizə məlumat veriləcək. Özünü “Çanqan”ın mühasibatlığının əməkdaşı kimi təqdim edən Samir adlı şəxs mənə bildirdi ki, mən onlara ümumilikdə 2633 AZN (iki min altı yüz otuz üç azn) ödəmişəm, indi də onalara 6400 manat borclu qalıram və ödəməliyəm. Maşını 3800 km sürdüyümə görə, onlar maşını 19500 manata ikinci əl kimi satacaqlar. Ona görə də məndən 6400 manat tələb edirlər. Bildirirlər ki, ödəməsən səni məhkəməyə verəcəyik”.

Şikayətçi bildirib ki, qüsurlu avtomobil üçün əlavə pul ödəməkdən imtina edib:

“Mənim ödədiyim 2633 manatı sıfırlamağınız bəs deyil, hələ üstəlik 6400 manat da belimə yükləyirsiniz?. Mən sizin qüsurlu maşınınıza 34000 manat ödəməliyəm?

Deyirlər, bizdə belədir, məcbur ödənəlisən.

” Azərbaycan Avtomabil Evi”nin rəhbəri Orxan Bayramov mənə qüsurlu avtomabil sataraq İstehlakçı hüququmu pozur. Onun özüylə də şəxsən görüşdüm. Avtomobilin qüsurlu olduğunu dedim. Yenə də heç bir kömək etmədi mənə”.

Məsələ ilə bağlı danışan Azad İstehlakçılar İB rəhbəri Eyyub Hüseynov bildirib ki, bu fakt, açıq şəkildə istehlakçı hüququnun pozulmasıdır:

“14 gün ərzində mal qaytarıla və dəyişdirilə bilər. Bu istehlakçının hüququdur. 7-8 gün sürülən avtomobildə qüsur aşkarlanıbsa, avtomobili satan şirkət ya maşını dəyişməli, ya qaytarmalıdır. O qüsur sürücünün yox, istehsalçı və satıcı şirkətə məxsusdur. Məsuliyyətini də onlar daşıyır”.

Məsələ ilə bağlı “Azərbaycan Avtomobil Evi”dən isə bildirildi ki, şikayətçinin iddialarının heç bir hüquqi əsası yoxdur”:

“İş məhkəmədədir. Məsələyə hüquqi qiymət veriləcək. Maşın 7-8 gün deyil, ay yarım sürülüb. Şikayətçi yalan məlumat yayır. Adam ilkin ödənişsiz nəqliyyat vasitəsi əldə edib və bir ay maşını idarə etdikdən sonra həmin ay üzrə lizing ödənişini həyata keçirib. Daha sonra da taksi fəaliyyəti üçün icazə ala bilmədiyinə görə nəqliyyat vasitəsini qaytararaq iddia edir ki, avtomobildə qüsurlar var. Avtomobildə heç bir texniki qüsur yoxdur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Fevral 2026 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri