Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Zəfər Günü qeyd edilib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) Zəfər Günü münasibətilə tədbir keçirilib.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbir torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.
Tədbirdə çıxış edən agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhidlərimizi hörmətlə anıb, qazilərimizə Allahdan şəfa diləyib.
Bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində qazanılmış Qələbə Azərbaycanın tarixində dərin iz qoyub və hər bir vətəndaşda yüksək milli ruh, həmrəylik hissi formalaşdırıb.
Tədbirdə, həmçinin işğaldan azad olunmuş torpaqlarda yeni infrastrukturun qurulması və yol infrastrukturunun inkişafı istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mühüm rolu vurğulanıb.
Sonra Vətən müharibəsində iştirak etmiş agentlik əməkdaşları mükafatlandırılıb, tədbir çərçivəsində isə “Zəfər yollarında” adlı filmin anonsu nümayiş etdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 07 Noyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















