Azərbaycan bankı bu il ödəyəcəyi dividendin məbləğini açıqlayıb
Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"PAŞA Bank" ASC ötən ilin maliyyə nəticələri əsasında bu il səhmdarlarına 129 milyon manat dividend ödəməyi planlaşdırır.
Bunu Bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum hər il xalis mənfəətinin azı 30-40 %-ni dividend kimi ödəməyi öhdəlik götürsə də, faktiki olaraq bu rəqəm 50-70 % arasında olub.
Xatırladaq ki, "PAŞA Bank" 2025-ci ili 148,896 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 29,3 % azdır.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2 %-i "Bless" MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.
report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 13 Fevral 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















