Azərbaycan bankına əlavə kapital yatırılır
Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Azər-Türk Bank" ASC nizamnamə kapitalını 21,5 milyon manat və yaxud 27,2 % artıraraq 79 milyon manatdan 100,5 milyon manata çatdırmağı planlaşdırır.
Bu barədə Bankdakı mənbəyə istinadən "Report" xəbər verir.

Məlumata görə, kapital artımı maliyyə qurumunun dövriyyədə olan 50 milyon səhminin nominal dəyərinin 1,58 manatdan 2,01 manata çatdırılması hesabına baş tutacaq.
"Azər-Türk Bank"ın səhmlərinin 51 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur. Bankın dogər səhmdarları Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (24 %), Türkiyənin "Zıraat Bank"ı (12,4 %), "Zıraat Bank İnternational" (1,1 %), "AzRe Təkrarsığorta" ASC (6,5 %), və "Qala Həyat Sığorta" ASC-dir (5 %).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 02 Sentyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















