Icma.az
close
up
RU
Azərbaycan banklarında nə baş verir? Limitlər azaldıldı, faizlər isə... VACİB XƏBƏR

Azərbaycan banklarında nə baş verir? Limitlər azaldıldı, faizlər isə... VACİB XƏBƏR

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son vaxtlar bank sektorunda müşahidə olunan dəyişikliklər diqqətdən yayınmır. Banklar həm ölkədaxili pul köçürmələrində limitləri azaldıblar, həm də müştərilərə təqdim edilən kəşbek faizlərini aşağı salıblar. Bu addımlar ilk baxışdan müştərilərin maraqlarına uyğun görünməsə də, maliyyə institutlarının belə qərarlar qəbul etməsinin arxasında hansı səbəblər dayanır? Bankların limit və kəşbek siyasətinə yenidən baxmasının əsas məqsədi nədir?

Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov “Yeni Sabah”a danışıb. Bildirib ki, bu kimi proseslər bankların öz siyasəti fonunda formalaşan bir vəziyyətdir:

“Ümumiyyətlə, bank sektoru öz məhsullarını hazırlayarkən və ya onların parametrlərini müəyyən edərkən bir sıra faktorları — o cümlədən bankın məhsulları üzrə inkişaf strategiyasını, hədəflərini, bazarın konjonkturasını, tənzimləyici qurumun tələblərini və s. amilləri nəzərə alır. pizza

Yəni burada ilk dövrlərdə, təbii ki, Azərbaycanda kartlardan istifadə, nağdsız ödəniş davranışının institutlaşdırılması və s. kimi istiqamətlərdə çağırışların idarə olunması fonunda daha yüksək kəşbek tətbiq edən banklar var idi. Buna baxmayaraq, bir sıra banklarda kəşbek faizlərinin və ya ödəniş əməliyyatları üzrə limitlərin aşağı salınması müşahidə olundu. Amma bəzi banklarda da kəşbek faizlərinin artırılması ilə bağlı müəyyən strategiyaların izlənildiyini müşahidə edirik. Yəni, bu, bankların özünün həyata keçirdiyi siyasət fonunda formalaşan bir şəraitdir.

Amma təbii ki, bazar zamanla müəyyən inkişaf səviyyəsinə çatdıqca və ya bank öz məhsulu üzrə hədəflənmiş bazar payını əldə etdikdən sonra, bu məqsədlə əlavə vəsait xərcləməkdən daha çox məhsuldan fayda əldə etmək istiqamətində strategiyalar izləyə bilir. Yəni, ən əvvəllər daha cəlbedici şərtlər müştəri bazasının formalaşdırılmasına və bazar payının artırılmasına xidmət edirdi. Sonradan isə bu, artıq məhsulun özünün rentabilliyi məsələsi olduğu üçün fərqli strategiyaların və ya fərqli taktikaların tətbiqi ilə bağlı çağırışlar yaradır”.

Ekspert qeyd edib ki, bu durum dəyişə də bilər:

“Bunu biz müşahidə edirik ki, eyni zamanda banklar öz müştəriləri ilə, digər qarşı tərəf müştəriləri ilə, hansı ki, burada pərakəndə ticarət müəssisələri, iaşə müəssisələri və digərləri nəzərdə tutulur, münasibətdə də ekvayr xidmətlərində daha yüksək faizləri tətbiq etməməlidir. Bu məqsədlə müəyyən bir balansın tapılması ilə bağlı strategiya həyata keçirməlidir. Əks halda, qarşı tərəfə yüksək ekvayr faizləri müəyyən olunur, həmin faizlər qarşı tərəfdən alınır və kəşbek şəklində müştəriyə verilir. Bir müddət sonra isə bazar artıq yüksək kəşbək faizlərini qəbul edə bilmir. Onlar müştəri üçün təşkil etdikləri xidmətlərin — yəni güzəştli şərtlərlə ödənişlərdə təqdim olunan xidmətlərin çeşidləndirilməsində çətinliklə üzləşirlər.

Yəni burada balansın tapılması və hər iki tərəf arasında müəyyən optimal maraqların təmin olunması bankın hədəfinə çevrilir. Bugünkü şərtlər daxilində mənim gördüyüm odur ki, artıq bu bazarda müəyyən bir inkişaf səviyyəsi formalaşıb. Və bankların bir çoxu artıq məhsullar üzrə hədəflərinə nail olublar; bazarın genişləndirilməsindən daha çox məhsulun faydalılığı və səmərəliliyi ön plana çıxır. Bu baxımdan da onlar artıq yeni şərtlər tətbiq edirlər.

Amma bir məsələ də var ki, bu şərtlər zaman-zaman dəyişkəndir. Yəni, bugün daha aşağı kəşbek faizi və ya daha aşağı limit tətbiq edən bank, sabah bazarda həmin məhsula tələbin azalması səbəbindən — çünki bu məhsullar elastikdir və bazarda müəyyən rəqabət mövcuddur — görəcək ki, artıq daha səmərəli şərtlərlə yenidən bazarda öz təkliflərini irəli sürməyə başlayır”.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 Sentyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri