Icma.az
close
up
RU
Azərbaycan bayrağını Xudafərin körpüsünə sancan qəhrəmanımız

Azərbaycan bayrağını Xudafərin körpüsünə sancan qəhrəmanımız

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

44 günlük Vətən müharibəsi müstəqil Azərbaycan dövlətinin gənclərinin nə qədər vətənpərvər olduğunu bir daha görstərmiş oldu. Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclər vətənpərvər ruhda tərbiyə almış və hər qarış torpağın müdafiəsində dayanaraq Vətən müharibəsi başlayan gündən könüllü olaraq orduya yazılmaları, Vətən torpaqlarının müdafiəsinə qalxaraq vahid niyyət ətrafında birləşib əzmkarlıqlarını, vətənə sevgsi hissini iradəsi və gücləri ilə göstərmiş oldular. "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir: "Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi".

Respublikasının dövlətçilik rəmzləri sırasında yer alan Dövlət Bayrağını hər şeydən uca tutan gənclərimiz qürur mənbəyimiz, and yerimiz olan Bayrağımız qarşısında baş əyərək, müqəddəs varlıq kimi ona and içdilər. Bu Azərbaycan Ordusunun, gəncinin sahib olduğu gücə, bayrağımıza olan dərin məhəbbətindən və sədaqətindən qaynaqlanır. Neçə-neçə gəncimiz vətən torpağının işğaldan azad olunmasına qoşuldu, şəhadətə qovuşdular. Müharibənin şiddətli günlərini yaşayırdıq. Hər gün qələbə sevincini yaşamaqla yanaşı, şəhilərimizin cənazəsini də torpağa tapşırırdıq.

"ONLAR ÖZ ADLARINI AZƏRBAYCAN XALQININ ŞANLI TARİXİNƏ ƏBƏDİ YAZDIRDI"

1988-ci il iyul ayının 1-də Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olan Paşayev Elsevər Vaqif oğlunun şəhadətə qovuşması Vətən sevgisi ilə müharibənin qaynar nöqtələrində vuruşduğu zaman olmuşdur. 1994-cü ildə Cəbrayıl rayon 21 saylı ümumi orta məktəbin 1-ci sinfinə gedən Elsevər nə vaxtsa şəhid olacağını heç düşünməmişdi. Amma ilk illərdən vətən torpağının işğalda olduğunu və vətənə çəpər olacaq bir oğul kimi böyüdüyünü yaxşı anlayırdı. 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuş və 2010-cu ildə həmin məktəbi moto-atıcı ixtisası üzrə bitirmişdir. 2011-2013-cü illərdə N saylı hərbi hissədə taqım komandiri, 2013-2018-ci illərdə taqım komandiri – bölük komandiri vəzifələrində xidmət etmişdir. Qəlbi vətən eşqi ilə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur. Çox savadlı idi və beş xarici dil bilirdi. Xarici ölkələrdə xarici hərbiçilərə hərbi təlimlər keçmişdir. Əfqanıstanda Azərbaycandan gedən Sülhməramlıların komandiri olmuşdur. 2014-cü ildə NATO təlimində iştirak üçün Bolqarıstanda, 2015-ci ildə snayper atıcı kursunda iştirak etmək üçün Türkiyə Respublikasında, 2019-cu il Böyük Britaniya krallığında, Çexiyada, Almaniyada və 2019-cu ilin dekabrın 11-dən 2020-ci ilin iyulun 1-nə kimi Əfqanıstanda təlimlərdə iştirak edib. Vətənin bölünməzliyi uğrunda gedən İkinci Qarabağ savaşında 400-ə yaxın əsgərimizi mühasirədən çıxaran E.Paşayev Xudafərin körpüsünə Azərbaycan bayrağını sancmışdır. 25 oktyabr 2020-ci il tarixdə Qubadlı şəhərinin azadlığı uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 2-ci Fəxri xiyabanda dəfn edilmişdir.

Ailəli idi, iki övladı vətənə əmanətdir. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə mayor Paşayev Elsevər Vaqif oğlu ölümündən sonra "Qarabağ" ordeni, "Vətən Uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə də təltif edilmişdir.

Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu.

Ruhunuz şad olsun, igid Vətən oğulları, Azərbaycan sizi heç vaxt unutmayacaq. Onların qəlbimizdə abidələri ucalıb. Şərəfli yol seçərək, şəhidlik zirvəsinə yüksəldilər. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı".

Nəzakət ƏLƏDDİNQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:250
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri