“Azərbaycan Beynəlxalq Bankı”nın dividend ödənişi üzrə proqnoz sabit saxlanılır
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) 2025-ci ildə dövlət büdcəsinə 150 milyon manat dividend ödəməsi nəzərdə tutulur.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə eynidir.
Rəydə həmçinin deyilir ki, bu ilin yanvar-avqust aylarında ABB 169,4 milyon manat dividend ödəyib və proqnozu 113 % icra edib.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 282,183 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.
Baxış sayı:90
Bu xəbər 18 Noyabr 2024 20:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















