Icma.az
close
up
RU
Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşdır Millət vəkili

Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşdır Millət vəkili

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı verdiyi bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirir. Bu bəyanat ölkəmizin beynəlxalq nüfuzunun artmasının, həyata keçirilən uzaqgörən xarici siyasətin və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq modelinin növbəti təsdiqidir.  Prezident İlham Əliyevin vurğuladığı kimi, son aylarda Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Azərbaycana ardıcıl səfərləri münasibətlərdə formalaşan yeni dinamikanın göstəricisidir. Bu təmaslar siyasi dialoqun dərinləşdiyini, qarşılıqlı etimadın möhkəmləndiyini və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndiyini göstərir".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib. Millət vəkili qeyd edib ki, Azərbaycan bu gün Avropa İttifaqının etibarlı enerji tərəfdaşı kimi strateji əhəmiyyətini daha da artırır. Ölkəmizin təbii qaz ixracının artması, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfə və enerji sahəsində strateji tərəfdaşlığın uğurla inkişafı Prezident İlham Əliyevin uzaqgörən enerji siyasətinin nəticəsidir. Xüsusilə hazırkı geosiyasi şəraitdə Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi daha da güclənib:

"Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi Avrasiyanın mühüm logistika mərkəzlərindən birinə çevirir. Nəqliyyat və logistika infrastrukturuna qoyulan böyük investisiyalar regionun iqtisadi inkişafına və beynəlxalq ticarətin genişlənməsinə mühüm töhfə verir. Bəyanatda xüsusi diqqət çəkən məsələlərdən biri də bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi oldu. Azərbaycanın zəngin günəş, külək və su enerji potensialının beynəlxalq tərəfdaşlarla birgə inkişaf etdirilməsi ölkəmizin yaşıl enerji strategiyasının uğurla həyata keçirildiyini göstərir. Qarşıdakı illərdə reallaşdırılacaq yeni layihələr Azərbaycanın Avropanın yaşıl enerji təhlükəsizliyində də mühüm tərəfdaş kimi mövqeyini möhkəmləndirəcək. Prezident İlham Əliyevin regional təhlükəsizlik və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı verdiyi mesajlar da xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın sülh gündəliyinə sadiqliyi, humanitar və iqtisadi etimad tədbirləri, regionda dayanıqlı sülhün və əməkdaşlığın təmin olunmasına yönəlmiş təşəbbüsləri ölkəmizin konstruktiv mövqeyini bir daha nümayiş etdirir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, sülh artıq yalnız siyasi bəyanat deyil, real həyatda özünü göstərən bir prosesə çevrilməkdədir. Avropa Komissiyasının regionda sülh və əməkdaşlıq təşəbbüslərinə dəstək verməyə hazır olması Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq regionun gələcək inkişafı, iqtisadi inteqrasiyası və xalqlar arasında etimadın gücləndirilməsi üçün yeni imkanlar yaradır. Hesab edirəm ki, Prezident İlham Əliyevin həyata keçirdiyi prinsipial və milli maraqlara əsaslanan xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, enerji və nəqliyyat təhlükəsizliyinin təminatçısı, eyni zamanda regionda sülhün və sabitliyin təşəbbüskarı kimi mövqeyini gündən-günə daha da möhkəmləndirir. Bu uğurlar ölkəmizin beynəlxalq nüfuzunun artmasına, iqtisadi inkişafına və vətəndaşlarımızın rifahına xidmət edən strateji siyasətin məntiqi nəticəsidir".

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://525.az
archiveBu xəbər 06 İyul 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri