Icma.az
close
up
RU
Azərbaycan BMT nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib

Azərbaycan BMT nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Berlin, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də BMT-nin İnsan Hüqları Şurasının (İHŞ) 63-cü sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə mina qurbanlarının hüquqlarının müdafiəsinə həsr olunmuş xüsusi tədbir keçirilib. Azərbaycanın Cenevrədəki daimi nümayəndəliyi, “Universal İnsan Hüquqları” təşkilatı və Əlcəzair tərəfindən birgə təşkil olunan “Sağ qalmaqdan ötəsi - ləyaqətin bərpası və hüquqların geri qaytarılması” mövzusunda tədbirdə Əlcəzair, Mozambik və Uqandanın daimi nümayəndələri, BMT-nin Minalardan Təmizləmə Xidmətinin (UNMAS), Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) və digər beynəlxalq təşkilatların təmsilçiləri çıxış ediblər.

Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının BMT-nin Cenevrə bölməsi yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli tədbirdə çıxış edib. O, Azərbaycanın mina təhlükəsinin ağır nəticələri ilə üzləşən ölkələrdən biri olduğunu bildirib, minaların insanların həyatına, sağlamlığına və fundamental hüquqlarının həyata keçirilməsinə uzunmüddətli təsirlərindən danışıb.

Tədbirdə məruzə ilə çıxış edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycanın mina qurbanlarının fundamental hüquqlarının bərpası məqsədilə hələ 2024-cü ildə xüsusi təşəbbüslə çıxış etdiyinə diqqət çəkib və bunun nəticəsində 2025-ci ildə İHŞ-də “Piyada əleyhinə minaların bütün insan hüquqlarının tam həyata keçirilməsinə təsiri” adlı qətnamənin qəbul edildiyini bildirib.

Diplomat qeyd edib ki, artıq mina qurbanlarının hüquqlarının tanınmasından onların praktik təminatına keçilməsi istiqamətində yeni qətnamənin qəbuluna ehtiyac var. Azərbaycanın üzləşdiyi mina probleminin miqyasına diqqət çəkən natiq mina qurbanlarının ehtiyaclarının qarşılanması istiqamətində praktik mexanizmlər təklif edib. “Mina partlayışından sağ çıxmaq yalnız ilk addımdır. Əsl ədalət sağ qalanların sadəcə mövcud olmaqla kifayətlənməyib firavan yaşamaq üçün lazımi imkanlara malik olmalarını təmin etmək deməkdir”, - deyə E.İskəndərov qeyd edib.

Daha sonra tədbirdə çıxış edənlər Azərbaycanın BMT-nin Minalardan Təmizləmə Fəaliyyətinə Yardım üzrə Könüllü Etimad Fonduna töhfələrin, eləcə də qurbanların tibbi və psixoloji reabilitasiyasına və sosial-iqtisadi reinteqrasiyasına dəstəyin artırılması ilə bağlı təkliflərini dəstəkləyiblər. Çıxışlarda mina çirklənməsi, iqlim dəyişikliyi və insan hüquqları arasındakı qarşılıqlı əlaqəyə də diqqət yetirilib.

Müzakirə iştirakçıları İHŞ-də bu mövzuda hazırlanan yeni qətnamədə qeyd edilən təkliflərin əks olunmasına çağırıblar.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2026 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri