Ərdoğanın sədrliyi ilə nazirlərin iclası keçirilir
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iki həftəlik fasilədən sonra toplanan Nazirlər Kabinetinin əsas müzakirə mövzusu iqtisadiyyat olacaq.
Modern.az yerli mediaya istinadla xəbər verir ki, Beştəpədə keçirilən iclasda minimum əməkhaqqının artırılması, pensiyalarda gözlənilən artım və gündəmdə olan fond araşdırması müzakirə ediləcək.
Bundan əlavə, “Terrorsuz Türkiyə” hədəfi çərçivəsində görülən işlər, terror təşkilatının silahı yerə qoyması prosesi və təhlükəsizlik məsələləri qiymətləndiriləcək.
Xarici siyasət gündəliyində ABŞ-İran gərginliyi, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi, İsrailin Qəzza və Suriyaya hücumları, eləcə də Türkiyənin diplomatik təşəbbüsləri yer alacaq.
Kabinet üzvləri Antalya şəhərində keçirilən COP31 İqlim Sammitinin nəticələrini də müzakirə edəcəklər.
İclasdan sonra Prezident Ərdoğanın ictimaiyyətə müraciət edəcəyi gözlənilir. Xüsusilə pensiyaçılar minimum pensiya məbləği və mümkün əlavə artımlarla bağlı açıqlamaları gözləyirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 23 Noyabr 2026 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















