Icma.az
close
up
RU
Azərbaycan BMT ofislərinin bağlanmasını niyə istəyir? TƏHLİL

Azərbaycan BMT ofislərinin bağlanmasını niyə istəyir? TƏHLİL

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Azərbaycan bir neçə beynəlxalq təşkilatla əməkdaşlıq formatına yenidən baxacaq. Rəsmi Bakının bu addımı atması yeni reallıqların yaranması, köhnəlmiş təşkilatlarla əməkdaşlığın effektivliyini itirməsi ilə izah olunur.

Əməkdaşlıq formatına yenidən baxılacaq təşkilatlar sırasında BMT qurumları üstünlük təşkil edir.

BMT ilə yeni reallıqlara uyğun əməkdaşlıq

Xarici işlər naziri Ceyhun Bayramov martın 3-də ölkəmizdə səfərdə olan BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Son ilə görüşündə də bu məsələyə toxunub.

Görüşdə qeyd olunub ki, ərazilərimizin işğaldan azad edilməsi və son illərdə Azərbaycan Respublikasının əldə etdiyi sosial-iqtisadi tərəqqi sosial profilli layihələrin icrasında ölkənin öz daxili resurs və imkanlarına arxalanmağa şərait yaradıb, Azərbaycan bir sıra BMT qurumları vasitəsilə bir çox ölkələrə donorluq edir.

Bununla əlaqədar, Azərbaycan Respublikasının BMT ilə əməkdaşlıqdakı prioritetlərini yeni dövrün reallıqlarına uyğun və BMT-nin resurslarından daha səmərəli istifadə edəcək şəkildə yenidən nəzərdən keçirdiyi vurğulanıb. Bu xüsusda, bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyi müqabil tərəfin diqqətinə çatdırılıb.

Rəsmi Bakı BMT-nin Azərbaycandakı dörd ofisinin bağlanmasını istəyir

Vətən müharibəsi və aniterror əməliyyatından sonra Azərbaycanda, eləcə də bütövlükdə regionda yeni reallıqlar yaranıb. İndi Azərbaycanın ehtiyacları və prioritetləri fərqlidir. Azərbaycan 90-cı illərdəki kimi humanitar böhranla üzləşmiş ölkə deyil, artıq donor ölkəsinə çevrilib, başqalarına yardım edir.

Belə olan halda bəzi beynəlxalq təşkilatların, xüsusilə beynəlxalq humanitar təşkilatların Azərbaycanda fəaliyyət göstərməsi əhəmiyyətini itirmiş sayılır. Onların əvvəl məşğul olduqları problemlər və məsələlər artıq mövcud deyil.

Rəsmi Bakı BMT-nin dörd ofisinin - BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycanda ofislərinin bağlanması təklifi ilə çıxış edib.

APA-nın əldə etdiyi məlumata görə, Azərbaycan hökuməti artıq BMT-nin 4 yerli ofisi ilə yanaşı Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) də yerli nümayəndəliyinin bağlanması ilə bağlı bildiriş göndərib.

Hökumətin əsaslandırmassına görə, bir halda ki bu qurumların Azərbaycanda məşğul olacaqları bir iş qalmayıb, onların ofisinin fəaliyyət göstərməsinin də mənası yoxdur. Azərbaycan, əslində, hazırda maliyyə resursu məhdud olan BMT-yə yardım edib. Onu əlavə ofislər saxlamaqdan xilas edir. BMT isə bu resursları konkret böhran zonalarına, ən çox ehtiyac duyulan ölkələrə yönəldə bilər.

UNHCR-in Azərbaycan üçün “ictimailəşdirməmək şərti”

Bununla yanaşı, digər beynəlxalq təşkilatlar kimi, BMT-nin strukturları da uzun illər ərzində Azərbaycana münasibətdə heç də ürəkaçan fəaliyyət göstərməyib.

Azərbaycan vaxtilə məcburi köçkünlər məsələsini qaldıranda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) bu məsələnin onların mandatına uyğun olmadığını bildiridi. UNHCR mandatının məcburi köçkünlər deyil, qaçqınlarla məşğul olmaq olduğunu vurğulayırdı.

UNHCR-in 2021-ci ildə Azərbaycan tərəfinin təkidinə baxmayaraq, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan Talış kəndinə getmək istəməməsi də unudulmayıb. Daha sonra təşkilat yalnız “ictimailəşdirilməmək şərti ilə” əraziyə baş çəkə biləcəyini qeyd etmişdi.

UNDP QHT rolunda

2022-ci il avqustun 27-də Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər, minatəmizləmə və digər aidiyyəti məsələlərə həsr olunmuş beynəlxalq konfrans təşkil edilmişdi. BMT İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəsi Şuşa şəhərinə səfərdən imtina etmişdi. Azərbaycan tərəfində olan məlumata görə, Vətən müharibəsindən sonra keçmiş Dağlıq Qarabağ ərazisinə keçməmələri ilə bağlı BMT-dən onlara qeyri-rəsmi təlimat gəlmişdi.

UNDP-nin Azərbaycan ofisinin fəaliyyətindəki neqativ məqamlar artıq mediada işıqlandırılıb. Bununla bağlı UNDP-nin baş ofisinin keçirdiyi auditin nəticələrində geniş bəhs edilib. BMT təşkilatı kimi deyil, QHT kimi fəaliyyət göstərən UNDP AZərbaycan Nümayəndəliyi bu günə qədər 2023-cü ildə qrant verdiyi 23 QHT ilə bağlı sualları cavabsız qoyub. Bu təşkilat Azərbaycanın “Qrant haqqında” qanununu pozaraq, QHT-lərlə deyil, QHT üzvlərinin və ya onların yaxınlarının yaratdıqları MMC-lərlə maliyyə əməliyyatları aparıb.

Bu faktlar isə onu deməyə əsas verir ki, UNDP və digər layihələrin əksəriyyəti Azərbaycanın ehtiyaclarına cavab vermir.

Azərbaycan BMT ilə əməkdaşlığı dayandırırmı?

Azərbaycan hökuməti BMT ilə əməkdaşlığı davam etdirmək niyyətini dəfələrlə qeyd edib. Azərbaycan 2026-cı ildə World Urban Forumuna ev sahibliyi də edəcək. Ümumdünya Şəhər Forumu (WUF) 2001-ci ildə məhz BMT tərəfindən yaradılıb.

Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın BMT ilə əməkdaşlığı davam edəcək. Bu əməkdaşlıq birbaşa BMT-nin mərkəzi qərargahı və ya regional ofisləri ilə qurulacaq. Buna səbəb isə bəzi təşkilatların Azərbaycan nümayəndəlikləri ilə bağlı yaranmış çoxsaylı suallar, bəzi təşkilatların isə öz işini yeni dövrün tələblərinə uyğun qura bilməməsi və fəaliyyətsizliyidir.

Deputat: “BMT təşkilatları bu işlərə töhfə vermir”

Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev də APA-ya açıqlamasında deyib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanda yeni reallıq yaranıb, Azərbaycan artıq 90-cı illərdəki kimi humanitar böhranda olan ölkə deyil: “Ölkəmiz artıq donor ölkəsinə çevrilib, başqa dövlətlərə yardım edir. BMT-nin özünün maliyyə resursları get-gedə məhdudlaşır. Çünki müharibələrin, eyni zamanda müxtəlif münaqişələrin getdiyi dünyada zərərçəkənlərə daha çox yardımlar lazımdır. BMT özünün məhdud maliyyə resurslarını məhz həmin ərazilərə yönəldə bilər.

Azərbaycan vaxtilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə qaçqın, məcburi köçkün problemləri ilə bağlı əməkdaşlıq edib. Bu gün isə Azərbaycan vətəndaşlarını artıq azad edilmiş ərazilərə qaytarır. Özü də bunu öz vəsaitləri hesabına həyata keçirilir. BMT və digər beynəlxalq təşkilatlar bu işə heç bir töhfə vermir”.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa edib, heç bir humanitar yardıma və layihələrə ehtiyacı yoxdur: “Ona görə də bu təşkilatlarla əməkdaşlıq əvvəlki qaydada davam etdirilməsi səmərəli deyil. Artıq BMT-nin müxtəlif proqramları, QHT-lərlə deyil, həmin təşkilatların mərkəzi Qərargahları ilə birbaşa işləməliyik. Təşkilatların ofislərinin bağlanması Azərbaycanın əməkdaşlığı dayandırması, onlarla tərəfdaşlıq etməməsi demək deyil. Qeyd etdiyim kimi, Azərbaycan bu təşkilatların Qərargahları, BMT ilə birbaşa işləyəcək, BMT ilə əməkdaşlığın məhdudlaşdırılması nəzərdə tutulmur. Bu əməkdaşlıq reallıqlara uyğun və səmərəli olmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Mart 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri