Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

ABŞ niyə Əfqanıstana qayıtmaq istəyir? TƏHLİL

ABŞ niyə Əfqanıstana qayıtmaq istəyir? TƏHLİL

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident Donald Tramp dünən BMT-də çıxışı zamanı ABŞ-nin yenidən Əfqanıstana qayıtmaq istədiyini bəyan edib. Bu açıqlama Vaşinqtonun diqqət mərkəzinə gətirdiyi əsas məqamlardan birinin Baqram hərbi bazası olduğunu göstərir.

Bəs Trampı Baqrama qayıtmaq marağına səbəb nədir? Ümumiyyətlə, Baqram niyə qlobal güclərin maraq dairəsindədir? Bu suallar bazanın həm regional təhlükəsizlik, həm də böyük güclər arasında geosiyasi rəqabətdə oynadığı rolu gündəmə gətirir.

Syasi şərhçi iAsif Nərimanlı Metbuat.az-a açıqlamasında bildirib ki, Amerikanın yenidən Baqram hərbi bazasına qayıtmaq istəyi strateji amillərlər xarakterizə olunur:


“Hərbi baza Əfqanıstanın Baqram şəhərində yerləşir və vaxtilə, 1950-ci illərdə SSRİ tərəfindən qurulub. Daha sonra SSRİ Əfqanıstana qoşun yeridəndə, xüsusən 1979–1989-cu illərdə SSRİ qoşunları burada yerləşiblər. SSRİ dağıldıqdan sonra bu hərbi bazalar zaman-zaman əl dəyişib və Əfqanıstanda müxtəlif silahlı qruplaşmaların nəzarətinə keçib. Bu dövrdə baza Talibanın nəzarətində olub, daha sonra isə NATO müəyyən qədər buraya nəzarət edib.

2001-ci ilə qədər baza dəfələrlə əl dəyişsə də, 11 sentyabr hadisələrindən sonra ABŞ burada möhkəmlənib. 2001-ci ildən 2021-ci ilə qədər, yəni Amerika qoşunları Əfqanıstandan çıxana qədər, Baqram ABŞ-nin nəzarətində olub. Bu baza Əfqanıstanda ən böyük hərbi baza hesab olunurdu. ABŞ-nin nəzarəti dövründə baza genişləndirilib və modernləşdirilib, burada təxminən 10 000 Amerika əsgərinin yerləşdirilməsi üçün imkan yaradılıb.

ABŞ 2021-ci ildə Əfqanıstandan çıxmasından sonra Baqram bazasının gələcəyi ilə bağlı müxtəlif ssenarilər müzakirə olunmağa başladı. Əfqanıstan hökuməti və Taliban rəhbərliyi bu bazanı iqtisadi zonaya çevirmək niyyətlərini açıqladılar. Çünki Baqram şəhəri logistik baxımdan strateji mövqedə yerləşir”.

A.Nərimanlı qeyd edib ki, müxtəlif məlumatlara görə, Çin də bu bazanı nəzarətə götürmək və öz qoşunlarını yerləşdirmək üçün danışıqlar aparır. Çin bu bazanı “Bir kəmər, bir yol” layihəsinin logistik hissəsinə çevirmək niyyətindədir:

“Bu isə ABŞ üçün qəbuledilməzdir. Çünki ABŞ Əfqanıstandan çıxmaqla bölgədə müəyyən qədər zəifləyib. Müşahidəçilərin fikrincə, Tramp administrasiyasının Baqrama yenidən qayıtmaq niyyəti məhz bu proseslərlə bağlıdır. Burada iki əsas məqam ön plana çıxır. Birincisi, Çinlə mübarizə perspektivləridir. Yəni ABŞ Çinin bu bazanı nəzarətə götürməsini istəmir. Vaxtilə Amerika tərəfindən genişləndirilmiş və modernləşdirilmiş strateji obyektin Çinin əlinə keçməsi ABŞ-ın bölgədəki mövqelərini zəiflədə bilər. İkinci əsas səbəb isə Baqram bazasının və şəhərinin həm Əfqanıstana, həm də region ölkələrinə nəzarət baxımından üstünlüklərə malik olmasıdır. Baqram şəhəri Əfqanıstanın bir çox bölgələrinə, o cümlədən paytaxt Kabil də daxil olmaqla iri şəhərlərə çıxış imkanı verir. Bu isə logistik baxımdan mühüm əhəmiyyət kəsb edir”.

Analitik hesab edir ki, Əfqanıstanın qeyri-sabit siyasi mühiti də nəzərə alınmalıdır. Çünki Taliban hökuməti dövründə ölkədə tez-tez hakimiyyət dəyişikliyi baş verib:

“Belə şəraitdə Baqram bazasına kimlərin nəzarət etməsi Əfqanıstana ümumi nəzarət imkanını müəyyənləşdirir. Digər tərəfdən, bu bazada mövcudluq regiondakı digər dövlətlər – Çin, İran, hətta Pakistan üzərində izləmə və nəzarət imkanı verir. Bu isə həmin ölkələrə qarşı mübarizədə ABŞ üçün üstünlük yaradır”.

Asif Nərimanlı hesab edir ki, Amerikanın əsas hədəfi əvvəldən Çinlə mübarizə olub və Tramp administrasiyası bu mübarizəni daha da kəskinləşdirir, sürətləndirir:

“ Trampın Baqrama qayıtmaq niyyəti iki əsas amildən qaynaqlanır: birincisi, Çinə qarşı mübarizədə ABŞ-nin əlini gücləndirmək, ikincisi isə Əfqanıstan və regiona strateji nəzarəti qorumaqdır. Bu kontekstdə Baqram hərbi bazasına qayıtmaq niyyəti ABŞ-nin Çinə qarşı geosiyasi mübarizəsinin tərkib hissəsi kimi qiymətləndirilir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see882

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see493

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see348

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see313

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see292

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see287

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see274

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see262

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see262

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see254

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see249

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see246

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see244

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see233

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see227

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see226

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see226

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see201

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see191

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri