Icma.az
close
up
RU
Ərdoğan niyə konstitusiyanı dəyişmək istəyir? TƏHLİL

Ərdoğan niyə konstitusiyanı dəyişmək istəyir? TƏHLİL

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son zamanlar Türkiyə Konstitusiyasının dəyişdirilməsi və bunun fonunda federativ idarəetmə sisteminə keçid, eləcə də kürdlərə federasiya verilməsi ilə bağlı müzakirələr intensivləşib.

Əslində, bu iddialar yeni deyil. Sadəcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 27-də yeni konstitusiya layihəsinin hazırlanması üçün 10 hüquqşünasdan ibarət komanda təyin etdiyini açıqlaması isə bu müzakirələr daha da intensivləşib.

Ərdoğan bildirib ki, mövcud konstitusiya 1980-ci il hərbi çevrilişindən sonra qəbul edilib və bu sənəd demokratik prinsiplərlə uyğun gəlmir. Müxalifət və bəzi türk ekspertlər isə bu təşəbbüsün əsas hədəfinin Ərdoğanın 2028-ci ildən sonra da hakimiyyətdə qalmaq planı olduğunu irəli sürürlər.

Ərdoğan prinsipcə haqlıdır. Türkiyə Konstitusiyasının qəbulundan bu günə qədər 100 ilə yaxın müddət keçib və bu müddət ərzində reallıqlar, cəmiyyətin strukturu, siyasi münasibətlər və geosiyasi mühit ciddi şəkildə dəyişib. Dünyada yeni idarəetmə tendensiyaları və hüquqi modellər meydana çıxıb. Belə şəraitdə konstitusiyanın yenilənməsi təklifi başadüşüləndir və məntiqidir.

Lakin eyni zamanda, müxalifətin Ərdoğanın bu təşəbbüsü hakimiyyətdə qalmaq məqsədi ilə irəli sürdüyünə dair iddiaları da tamamilə əsassız deyil.

Ərdoğanın konstitusiyanı dəyişdirmək istəyən tək aktor olmadığını da nəzərə almaq lazımdır. Bu istiqamətdə ən fəal tərəf kürd siyasi qüvvələridir. Xüsusilə DEM Partiyasının nümayəndələri yeni konstitusiyanın Kürd kimliyini, dilini və mədəniyyətini tanımasını tələb edirlər.

PKK lideri Abdullah Öcalanın son çağırışında təşkilatın silahı yerə qoyması və özünü buraxmaq ehtimalı ilə bağlı açıqlamaları da bu tələbləri daha aktual və təcili xarakterə çevirib. DEM Partiyası və Öcalan bu məsələdə Ankaradan açıq mövqe və hüquqi zəmanət gözləyir. Lakin bu tələblər mövcud Konstitusiyanın ilk dörd maddəsi ilə açıq şəkildə ziddiyyət təşkil edir.

Kürd siyasi qüvvələrinin istəkləri yalnız mədəni və dil haqları ilə məhdudlaşmır. Onlar eyni zamanda siyasi iştirak, yerli idarəetmə və hüquqi təhlükəsizlik istəyirlər. Bu isə dövlətin "təməl sütunları" sayılan ilk dörd maddənin dəyişdirilməsini tələb edir.

Qanunvericilik baxımından isə bu, mümkün deyil. Türkiyə Konstitusiyasına görə ilk dörd maddənin dəyişdirilməsi təklif belə oluna bilməz. Əgər hər hansı siyasi qüvvə və ya lider bu maddələri dəyişdirməyə cəhd edərsə, bu cəhdin nəticələri həm hüquqi, həm də siyasi baxımdan olduqca ağır olar:

Birincisi, Konstitusiya Məhkəməsi bu cəhdin qarşısını alar, çünki 4-cü maddəyə əsasən bu maddələrin dəyişdirilməsi təklif belə edilə bilməz;

İkincisi, hər hansı referendum və ya qanun layihəsi bu səbəblə dərhal rədd edilər;

Üçüncüsü, təşəbbüs göstərənlərə qarşı Türkiyə Cəza Qanununun 309-cu maddəsi – “Konstitusiya quruluşunu zorla dəyişdirməyə cəhd” ittihamı ilə cinayət işi açıla bilər.

Bu, işin hüquqi tərəfidir. Lakin məsələnin ciddi siyasi nəticələri də olacaq. Milliyyətçi partiyalar – xüsusilə MHP və İYİ Parti – belə bir təşəbbüsə qarşı kəskin reaksiya verəcək. Hətta bu səbəblə AKP daxilində də parçalanma baş verə bilər. AKP-nin içindən bəzi milliyyətçi və dövlətçi fiqurlar bu cəhdə qarşı çıxa bilər.

Digər tərəfdən, müxalif qüvvələr bu təşəbbüsü “dövlətin bütövlüyünə və Atatürk irsinə qarşı təhdid” kimi təqdim edərək birləşə və ortaq hərəkətə keçə bilər.

Cəmiyyətin də bu cəhdə reaksiyası birmənalı olmayacaq. Xüsusilə İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlunun həbsi fonunda ortaya çıxan güclü ictimai etirazlar göstərdi ki, Türkiyə cəmiyyətinin mühüm hissəsi dövlət idarəçiliyi ilə bağlı prosesləri yaxından izləyir və ciddi narahatlıqları var.

Belə bir qərar daha geniş və kütləvi aksiyalara səbəb ola bilər. Hətta Türkiyə ordusu – baxmayaraq ki, siyasi proseslərdə rolu azalıb – konstitusiyaya sadiqlik andına əsaslanaraq bu məsələdə reaksiya göstərə bilər.

İndi isə əsas sual: Prezident Ərdoğan konstitusiyanın dəyişdirilməsi qadağan olunan maddələrinə toxunacaqmı? Və ya kürd tələbləri çərçivəsində federativ modelə keçidə razılıq verəcəkmi?

Mən bu ehtimalları çox zəif hesab edirəm. Ərdoğanın yeni konstitusiya təşəbbüsünün arxasında belə radikal məqsədlərin dayandığına inanmıram. Əksinə, bu təşəbbüslər daha çox idarəetmənin gücləndirilməsi, siyasi sistemdə mövqelərin qorunması və gələcək seçkilərdə hüquqi maneələrin aradan qaldırılması üçün həyata keçirilir.

Türkiyədə siyasi güc balansı və ictimai şüur səviyyəsi, həmçinin dövlətin qurucu fəlsəfəsi nəzərə alındıqda, federasiya və ya konstitusiyanın əsas sütunlarının dəyişdirilməsi yaxın və ya orta müddətdə mümkün görünmür. Ərdoğan da bu reallığı çox yaxşı bilir və məhz bu səbəbdən “islahat” ritorikasını daha çox siyasi gündəmi idarə etmək vasitəsi kimi istifadə edir.

Turan Rzayev

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://mia.az
archiveBu xəbər 03 İyun 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri