Azərbaycan boksçularından Avropa çempionatında 5 qələbə İki medal təmin edildi
Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatında Azərbaycan boksçuları uğurlu çıxışlarını davam etdirirlər.
Apasport.az xəbər verir ki, yarışın beşinci günündə millimizin daha 3 üzvü 1/4 finala, 2 boksçusu isə yarımfinala vəsiqə qazanıb.
48 kq çəki dərəcəsində mübarizə aparan Nihad Məmmədli 1/8 finalda polşalı Filip Borkovskini 5:0 hesabı ilə məğlub edib. O, 1/4 finalda rusiyalı Akmal Dustiyevlə qarşılaşacaq.
İsmayıl Nəsirzadə (52 kq) litvalı Vakaris Kiseliunasa 5:0 hesabı ilə qalib gəlib. Təmsilçimizin növbəti rəqibi israilli Qleb Qrinblat olacaq.
Məhəmmədəli İstamov (57 kq) isə irlandiyalı Martin Donovanı ikinci raundda tam üstünlüklə məğlub edib. O, yarımfinala yüksəlmək üçün yunanıstanlı Elefterios Zurnatsislə döyüşəcək.
Qadın boksçularımızdan Səma Abbasova (66 kq) 1/4 finalda israilli Aleksandra Kerdolla qarşılaşıb. İkinci raundda tam üstünlüklə qələbə qazanan idmançımız yarımfinala yüksəlib. Abbasova finala vəsiqə uğrunda rusiyalı İustina Anufriyeva ilə üz-üzə gələcək.
Xumar Cəfərli (+80 kq) də rumıniyalı Aleksandra Liteanunu 5:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. O, yarımfinala yüksəlmək üçün ukraynalı Sofiya Opalyuxla qarşılaşacaq.
Yarımfinala vəsiqə qazanan Azərbaycan boksçuları özləri üçün ən azı bürünc medalı təmin ediblər.
Qeyd edək ki, millimizin 1/4 finala yüksələn boksçularının sayı 11-ə çatıb. Yarışda 1/4 final görüşləri bu gün, yarımfinal döyüşləri isə oktyabrın 9-da keçiriləcək.
Səidcəmşid Cəfərov Azərbaycan idmançılarının reytinqində birinci pilləyə yüksəlib Boksçularımızdan Çində 10 medal Boksçularımızdan Sofiyada 5 medal Boksçumuz Avropa ikincisi olub Boksçumuz Avropa çempionu olub
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 08 Oktyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















